Page 183 - design_Topcubashov_Full_Layout 1
P. 183

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           hәftәdәn çoxdur ki, olduqca vacib teleqramına cavab gözlәyir.
           Tiflislә әlaqә, demәk olar ki, yoxdur, ya da çox zәifdir.
           Sentyabrın 10-dan teleqraf işlәmir, Cәfәrovla heç cür danışa
           bilmәmişәm. Әlaqә baxımından ya gәrәk rastına uğurlu
           tәsadüf çıxa, ya da mütәşәkkil kuryer xidmәti olmalıdır.
           Lakin Gürcüstan dәmir yolundakı tam dәrәbәyliyә görә bu
           işlәr çox böyük çәtinliklәrlә bağlıdır.  Tәkcә onu demәk
           kifayәtdir ki, bizim polkovnik Süleyman ağa Әfәndiyev 284
           heç yerdә dayanmadan Gәncәdәn Batuma yalnız yeddinci
           gün gәlib çıxa bilib. Mәn  Tiflisdәn bura gәlmәkdәn ötrü
           yola 49 saat vaxt sәrf etmәli oldum. Amma istәnilәn halda
           bizә kuryer xidmәti lazım olacaq. Mәsәlә ilә bağlı hәr şeyi
           әtraflı götür-qoy edәndәn sonra Sizә İstanbuldan xәbәr
           verәcәyәm. Hәlәlik isә tәsadüfәn Batuma gәlәn olsa, bütün
           yazışmaları doktor Mahmud bәy Әfәndiyevin      285  adına
           (Vladiqafqaz küçәsi, 4) göndәrmәk olar. O, indi baş karantin
           hәkimi vәzifәsindә çalışır. Hәm dә bizim qaçqın tәşkilatının
           nümayәndәsi olub. 12 ildәn çoxdur ki, Batumda yaşayır.      183
           Şәhәrdә böyük hörmәt qazanıb. Hazırda Batumda konsul
           sәlahiyyәtlәrinә malik tәmsilçimizin olması son dәrәcә
           vacibdir.
               Artıq burada birbaşa iştirakımızı tәlәb edәn mәsәlәlәr
           (xüsusәn ticarәt xarakterli) var. Hәmin işlәri, müvәqqәti dә
           olsa, adıçәkilәn doktor Әfәndiyevә tapşırmaq mümkündür.
           Hesab edirәm, hәvәslә razılıq verәr. Ümumi işә fayda
           gәtirmәyә hazırdır. Karantin hәkimi kimi fәaliyyәti buna
           mane olmur. Hәlәlik әn uyğun namizәd odur, sonra başqasını
           taparıq.
               Lakin almanların sovet respublikası hökumәti ilә “yeni”
           müqavilәsinin 286  fonunda hәr şey öz әhәmiyyәtini itirir. Bu
           әlavә razılığın nә zaman vә necә әldә olunmasından türklәrin
           xәbәri yoxdur. Teleqraf mәlumatı da ildırım çaxması kimi
           gözlәnilmәz idi. “Sovet hakimiyyәti Bakı rayonunda neft
           istehsalının artımını bir şәrtlә sürәtlәndirmәyә çalışacaq ki,
   178   179   180   181   182   183   184   185   186   187   188