Page 178 - design_Topcubashov_Full_Layout 1
P. 178
Ә.TOPÇUBAŞOVUN
FӘTӘLİ XAN XOYSKİYӘ
MӘKTUBU
5 sentyabr 1918-ci il
Tiflis
Çox hörmәtli Fәtәli xan! 265
Bu gün Sizdәn aldığım mәktuba, xüsusәn dә qeyri-
normal münasibәtlәri açıqlayan mәlumatınıza görә çox sağ
olun.
Tәәssüf ki, mәktubun türkcә mәtninin surәtini әlavә
etmәmisiniz. Әlbәttә, yazdıqlarınızdan özünü getdikcә daha
kәskin şәkildә büruzә verәn әsas mәsәlә 266 ilә bağlı danışıqlarda
istifadә edәcәyәm. Bәhs etdiyim mәsәlәnin aydınlaşdırılması
bütün sәfәrimizin 267 әsas mәqsәdini tәşkil edir. Hәr şeyin
yaxşı sonluqla nәticәlәnәcәyinә ümid edәk. Lakin bilmәk
178
lazımdır ki, indi tәk xatırlatdığım deyil, bir sıra digәr
mәsәlәlәrin dә bizim üçün böyük әhәmiyyәti var. Tәәssüf
ki, bu barәdә әtraflı yazmağa imkan yoxdur. Lakin yadınıza
salmaq istәyirәm ki, hökumәtin әn yaxın iclaslarında onları
geniş müzakirә mövzusuna çevirә bilәsiniz. Gürcüstanla
münasibәtlәr elә pozulub ki, düzәldilmәsi üçün tәdbirlәr
görülmәsi zәruridir. Hәr şeydәn şübhәlәnmәk, inamsızlıq,
әvvәlcәdәn hansısa nәticәlәrә gәlmәk – әn yaxın qonşumuz
bütün tәsadüflәrdә bu prinsiplәrә әsaslanıb hәrәkәt edir.
Gürcüstana Türkiyәdәn vә aydındır ki, hәm dә bizdәn dәyәn
sәdәmәlәr bu gün dә qalır. Gürcülәr qәti әmindirlәr ki, onları
tevtonların 268 ağuşuna atan başqası deyil, bizik.
1. Gürcülәrin yanlış münasibәtini aradan qaldırmaq üçün
burada hәlә çox qalmaq lazımdır. Bәlkә dә, hәmkarlarımızdan
birini müşavir kimi Tiflisә tәyin etmәk zәruridir. Bizdә
gürcü nümayәndәsinin tam zamanında tәyin olunması üçün
dә (baxmayaraq ki, gürcülәr Bakıda gözlәyirlәr!) çalışmalıyıq.