Page 175 - design_Topcubashov_Full_Layout 1
P. 175

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Müәssislәr Mәclisinin keçirilmә vaxtının yenidәn tәxirә
           salınması ilk növbәdә ona görә yolverilmәzdir ki, hazırkı
           mәrhәlәdә dövlәt ictimai hәyatın irәli sürdüyü tәxirәsalınmaz
           vәzifәlәrin hәlli, siyasi quruluşun forması, aqrar vә fәhlә
           mәsәlәsinin zәhmәtkeş sinfin maraqları çәrçivәsindә
           tәnzimlәnmәsi mәhz bu qurumun qәbul edәcәyi qәrarlardan
           asılıdır.
               Hәlәlik isә torpaqdan müvәqqәti istifadә vә icarә haqqının
           ödәnilmәsi, iş günü, әmәk haqqı vә әmәyin mühafizәsi
           şәrtlәrinin müәyyәn edilmәsi, nәhayәt, vergi yükünün daha
           çox imkanlı tәbәqәnin üzәrinә qoyulması kimi mәsәlәlәrdә
           Müvәqqәti hökumәt ölkәnin istehsal güclәrinin dağılmasına
           imkan vermәmәk şәrti ilә dönmәdәn vә qәtiyyәtli şәkildә
           zәhmәtkeş sinfin maraqlarının keşiyindә dayanmalıdır.
           (Alqışlar.)
               Milli mәsәlәyә gәldikdә, müsәlmanlar ölkәnin bütün
           xalqlarının bir araya gәlmәlәrini vә qarşılıqlı әlaqә qurmalarını
                                                                       175
           zәruri sayırlar. Eyni zamanda müsәlmanlar bütün xalqların
           demokratik әsaslar üzәrindә öz milli-siyasi ideallarını hәyata
           keçirmәlәri niyyәtini dәstәklәyәcәklәrini bәyan edirlәr. Lakin
           biz qәrarımızı hәmin mәsәlә Müәssislәr Mәclisindә özünün
           yekun tәsdiqini tapandan sonra verәcәyik. (Alqışlar.)
               Müsәlmanlar inanırlar ki, azad, demokratik Rusiyanın
           bütün xalqların, elәcә dә müsәlmanların dostluq vә qardaşlığına
           nail olacağı gün o qәdәr dә uzaq deyil. Mәhz o zaman bәşәr
           tarixindә ilk dәfә olaraq xalqların hüquqlarına hörmәt
           baxımından dünyanın gözü qarşısında indiyәdәk misli-
           bәrabәri görünmәmiş bir mәnzәrә canlanacaq – Rusiyanın
           nümunәsi әsasında Avropa da müxtәlif Avropa, Asiya vә
           Afrika ölkәlәrindә müstәmlәkә boyunduruğu altında saxladığı
           xalqlara, o cümlәdәn dә müsәlmanlara әsarәtdәn qurtulmaq,
           milli müqәddәratını sәrbәst tәyin etmәk hüququ әsasında
           azadlıq verәcәk.
   170   171   172   173   174   175   176   177   178   179   180