Page 172 - design_Topcubashov_Full_Layout 1
P. 172
Əlimərdan bəy Topçubaşov
borc kimi bütün düşüncә vә hәrәkәtlәrinin mәrkәzinә
hökumәtә dәstәk verilmәsi, inqilabın nailiyyәtlәrinin –
azadlığın, bәrabәrlik vә qardaşlığın müdafiә olunması,
möhkәmlәndirilmәsi vәzifәsini qoydular vә bu gün dә hәmin
istiqamәtdә mübarizәlәrini davam etdirirlәr.
Müsәlmanlar nazir-sәdrin çağırışına açıq şәkildә cavab
verәrәk bildirirlәr: onlar hәqiqi dövlәtçilik mahiyyәti daşıyan
yolla gedәcәklәr, heç bir qüvvә onları tutduqları bu yoldan
çәkindirmәyәcәk. Müsәlmanların fikrincә, yaşadığımız
günlәrdә vә yaranmış mövcud şәraitdә ümumi vәtәnimizi
xilas etmәk üçün başqa yol, başqa vasitә yoxdur. (Alqışlar.)
Müsәlmanlar mәhz indi seçilәn dәstxәtin ölkәni, böyük
Rusiyanın bütün xalqlarını inqilabi demokratiyanın tәntәnәsinә
gәtirib çıxaracağına, inqilaba mәntiqi yekun vuracağına
inanırlar. Mәhz indiki idarәçiliyin ciddi demokratik әsaslara
dayanan dövlәt – ictimai quruluşun bәrqәrar olması vә
möhkәmlәnmәsi üçün zәmin yaradacağına ürәkdәn әmindirlәr.
172
Ona görә dә hansı tәrәfdәn vә kimin tәşәbbüsü ilә ortaya
atılmasından asılı olmayaraq, anarxiyaya vә әksinqilabi
cәhdlәrә qarşı mübarizәdә Müvәqqәti hökumәti tam şәkildә
dәstәklәdiklәrini bәyan edirlәr. (Gurultulu alqışlar.)
Rusiya müsәlmanlarının nöqteyi-nәzәri belәdir.
Qoy müsәlmanlar hәlә az tanınsınlar, qoy onların ümid
vә tәlәblәrindәn hәlә çoxları bixәbәr qalsın, qoy onlar hәlә
dә hәr kәsin nәzәrindә tam hüquqlu vәtәndaşlar sayılmasınlar,
qoy hәlә bizim günlәrdә dә bütün Rusiya Semireçye vilayәtinin
müsәlman әhalisinin mәhv edilmәsinin – Çindәn tarixi
vәtәninә dönәn 83 min nәfәr müsәlmanın qәtlә yetirilmәsinin,
aclıqdan, soyuqdan ölmәsi dәhşәtinin şahidi olsun, qoy
әrzağın bölünmәsi zamanı Krımın vә Türküstanın müsәlman
sakinlәrinin mәnafeyi gözgörәsi pozulsun, qoy Rusiyanın
başqa bir ucqar әyalәtinin – Qafqazın müsәlman әhalisi heç
bir tutarlı әsas göstәrilmәdәn hansısa mürtәce mәqsәdlәr