Page 170 - design_Topcubashov_Full_Layout 1
P. 170

Ә.Topçubaşovun
                            Dövlәt müşavirәsindә      264  nitqi


                                                      14 avqust 1917-ci il
                                                                Petroqrad

                     Vәtәndaşlar!
                     Mәnim bәxtimә indiki ümumrusiya müşavirәsi kür sü -
                  sündәn onun işindә iştirak edәn bütün müsәlmanların adın -
                  dan danışmaq şәrәfi düşüb. Hәmin müsәlmanlar aşağıdakı
                  demokratik tәşkilatları tәmsil edirlәr:
                     1) Ümumrusiya Müsәlman Şurası; 2) ümumrusiya
                  müsәlmanlarının hәrbi şurası; 3) Zaqafqaziya Mәrkәzi
                  Komitәsinin funksiyalarını yerinә yetirәn Bakı müsәlmanlarının
                  ictimai vә siyasi tәşkilatları; 4) Şimali Qafqaz vә Dağıstanın
                  birlәşmiş dağlılarının mәrkәzi komitәsi; 5) Türküstan ölkә
         170      şurası; 6) Krım ölkә komitәsi; 7) qırğızların vә başqırdların
                  әyalәt şurası.
                     İnqilab dövründә yaranan vә 30 milyon müsәlman
                  әhalinin yaşadığı ucsuz-bucaqsız Rusiyanın, demәk olar ki,
                  bütün bölgәlәrindә fәaliyyәt göstәrәn müsәlman demokratik
                  tәşkilatları Müvәqqәti hökumәt qarşısında, inqilabi demokratiya
                  vә azad Rusiya xalqları qarşısında üzәrindә düşündüklәri,
                  onları hәyәcanlandıran mәsәlәlәr barәdә söz açmağı özlәrinin
                  borcu vә hüququ sayırlar.  Tәbii ki, bizim düşüncә vә
                  hәyәcanlarımız da indiki son dәrәcә ciddi, vacib mәqamda
                  ümumdövlәt hәyatında baş verәn hadisәlәrin doğurduğu
                  hisslәrlә bağlıdır. Rusiyanın, adәtәn, sükuta meyilli olan,
                  lakin eyni zamanda sükutu ilә hәr zaman fәryad qoparan
                  çoxmilyonlu müsәlman әhalisi dә toplaşdığımız uca mәclisdә
                  sәsinin eşidilmәsini istәyir. Hәm dә bunu yalnız ona görә
                  istәmir ki, sadәcә әsrlәr boyu hәyatını ağuya döndәrmiş vә
                  bu gün dә döndәrmәkdә davam edәn ehtiyacları haqda
   165   166   167   168   169   170   171   172   173   174   175