Page 168 - design_Topcubashov_Full_Layout 1
P. 168

Əlimərdan bəy Topçubaşov


                  ibarәt Qafqaz diviziyası ilә danışdıq. Az öncә dediyim kimi,
                  biz hәrbi mükәllәfiyyәt daşımırıq. Ona görә dә Qafqazın
                  müdafiәsinә qәtiyyәtlә, can-başla hazır olan cәsur
                  qәhrәmanlarımıza üz tutduq. Onların cavabı belә oldu:
                     “Din qardaşlarımız! İndi, hәr cür tәxribata әl atıldığı bir
                  dövrdә әsla susa bilmәrik.  Aramızdan seçdiyimiz
                  nümayәndәlәri Peterburqa yola salırıq. Onlar ümumi
                  maraqlarımız daxilindә hәrәkәt edәcәk, hadisәlәrin әsl
                  sәbәblәri ilә bağlı mәlumat verәcәklәr. Hәrbi tәmsilçilәrimizi
                  dә göndәrmәyә hazırıq. Hәm dә bu adamları müsәlmanlar
                  deyil, Qafqaz ordusu hissәlәrindә xidmәt edәn rus hәrbçilәri
                  arasından seçәcәyik. Onlar yerlәrdә mәsәlәnin mahiyyәtini
                  vә baş verәnlәrin hәqiqi sәbәblәrini aydınlaşdırıb münaqişәlәrә
                  son qoyacaqlar”.
                     Biz dә başqa cür hәrәkәt etmәk fikrindә deyilik. Bu
                  mәnada niyyәtimiz üst-üstә düşür. Hadisәlәrә belә әhval-
                  ruhiyyә ilә yanaşan qәhrәmanlarımıza tәşәkkür edirik.
         168      Aparılan danışıqlar vә әldә olunan razılıq nәticәsindә fәhlә
                  vә әsgәr deputatları şurası hәrbi nazirlә, habelә digәr nazirlәrlә
                  görüşmәk üçün mәni vә Әsәdullayevi Peterburqa yollamaq
                  qәrarına gәlib.
                     Mәn qurultaya hadisәlәrin gedişi vә qәbul olunan qәrar
                  haqda mәlumat verdim. Yaranmış vәziyyәti nәzәrә alaraq
                  qurultaydan Qafqazdakı din qardaşlarına yardım üçün
                  Müvәqqәti hökumәtә müraciәt ünvanlamağı xahiş edirәm.
                  Nitqimi başa çatdırarkәn vaxtınızı aldığım üçün qarşınızda
                  bir daha üzrxahlığımı bildirmәk istәrdim. İstәrdim ki, diqqәt
                  yetirәsiniz vә nәzәrә alasınız: inanıram, hamınız әminsiniz
                  ki, müsәlmanlar başqa xalqlara pislik istәmәzlәr. Eyni şәkildә
                  әmin ola bilәrsiniz ki, Qafqazdakı din qardaşlarınız da
                  qәtiyyәn kimәsә pislik etmәk barәdә düşünmürlәr.
                     Sizi bir daha әmin edirәm ki, Qafqaz müsәlmanlarının
                  qurultayı bütün xalqlara siyasi niyyәtlәrinin gerçәklәşmәsindә
                  uğur dilәyir vә bu sahәdә onlarla hәr cür әmәkdaşlığa
   163   164   165   166   167   168   169   170   171   172   173