Page 163 - design_Topcubashov_Full_Layout 1
P. 163
Ә.Topçubaşovun Ümumrusiya
müsәlmanlarının
I qurultayında 262 nitqi
8 may 1917-ci il
Moskva
Müsәlman qardaşlar!
Burada müsәlmanların böyük әksәriyyәtinin müzakirә
etdiklәri mәsәlәlәr, habelә barәsindә artıq mәlumat aldığınız
Qafqaz qurultayının qәrarları ilә bağlı danışmadığım üçün
üzrxahlığımı qәbul edin. İndi qarşınızda başqa mövzuya
toxunmaq istәrdim. İştirakçıların hamısının eşitmәsi vә
dediklәrimi anlaması üçün rusca danışacağam.
Dünәn gecә vә bu gün biz, buradakı Qafqaz xalqları
nümayәndәlәri hәmyerlilәrimizdәn hәyәcanlı teleqramlar
almışıq. Teleqramlar, aydın mәsәlәdir ki, hamımızı xeyli 163
hәyәcanlandırıb, qurultayın işindә normal iştirakımıza imkan
vermәyib. Tәәssüf ki, indiyә qәdәr qarşınızda yaşadığımız
bölgәnin özünәmәxsusluqlarını izah etmәyә, aydınlaşdırmağa
yetәrincә imkanımız olmayıb.
Vaxtınızı almaq, sadәcә özümüzә aid mәsәlәlәrlә bağlı
әtraflı izahat vermәk istәmirdik. Onlar bizdәn ötrü son dәrәcә
mühümdür, sizlәrә isә yerli әhәmiyyәtә malik işlәr kimi
görünә bilәr. Burada yaxşı bәlәd olduğumuz daxili problemlәr
haqda danışarkәn ilk növbәdә yerli Qafqaz adәt-әnәnәlәrini,
Qafqaz xalqlarının bir-birilәri ilә münasibәtlәrini göz önünә
gәtirirdik. İndi yenә dә son günlәrin olduqca kәdәrli hadisәlәri
vә yeni meydana çıxan münaqişәlәr barәdә mәlumat almışıq.
Yәqin ki, 1905–1906-cı illәrin Qafqaz faciәlәri yadınızdadır.
Biz onları yaxşı xatırlayırıq.
Hamınız gözәl bilirsiniz ki, Qafqaz müsәlmanları lap
әski zamanlardan bәri heç vaxt hakimiyyәtin nәzәrindә etibar