Page 159 - design_Topcubashov_Full_Layout 1
P. 159

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           müsәlman ruhanilәrinin seçilmә vә tәyin edilmә qaydalarının
           müәyyәnlәşdirilmәsi, mәktәb vә mәdrәsәlәrin açılması vә s.
           haqqında da demәk mümkündür. Bütün bu mәsәlәlәr vaxtı
           ilә Nazirlәr Şurası tәrәfindәn müsәlmanların dini mәişәtinin
           qanunauyğun şәkildә tәnzimlәnmәsi ilә bağlı görülәcәk
           tәdbirlәr sırasına daxil edilmişdi.
               Vә bütün deyilәnlәrdәn belә nәticә çıxır ki, müsәlmanlar
           qayda-qanun sevәn tәbәәlәr kimi, üç min verst, bәlkә dә,
           daha çox mәsafә qәt edәrәk buraya, sadәcә, hökumәtә kifayәt
           qәdәr aydın ifadә olunmuş yüksәk iradәnin ortaya qoyulduğunu
           vә onu yerinә yetirmәyin zәruriliyini xatırlatmağa gәliblәr.
               Әks tәqdirdә, başa düşmәk olmur ki, nәyә görә bu vaxta
           qәdәr әcnәbi dini mәzhәblәr üçün mәsul olan idarә
           müsәlmanların dini mәsәlәlәri ilә bağlı Nazirlәr Şurasının
           bәyәndiyi qanun layihәlәrinin heç birini Dövlәt Dumasına
           tәqdim edә bilmәyib? Müsәlmanlar Nazirlәr Şurasının atdığı
           addımı (әgәr bu, hәqiqәtәn dә, baş veribdirsә!) öz maraqlarına
           göstәrilәn diqqәt kimi yüksәk qiymәtlәndirmişdilәr. İndi dә
           yenidәn hәmin maraqların saya salınmaması ilә bağlı         159
           şikayәtlәnmәk lazım gәlir. Bәlkә, bu işi hәyata keçirmәk
           üçün I vә II Dövlәt Dumaları yetәrincә mәqsәdәuyğun
           olmamışdı. Amma axı III Dövlәt Duması da vardı. İndi isә
           IV Dövlәt Duması fәaliyyәt göstәrir. Bir anlığa fәrz edәk ki,
           qanun layihәsinin hazırlanması o qәdәr dә asan iş deyil. O
           zaman bәs yuxarıda xatırlatdığımız imperator fәrmanlarının
           digәr tәlәblәri niyә yerinә yetirilmәmişdi? Hәmin tәlәblәrә
           görә, 1905-ci il aprelin 17-dәn etibarәn tәxirәsalınmaz
           qaydada vә üç aydan gec olmayaraq birbaşa qanunda
           göstәrilmәyәn mәhdudiyyәtlәrlә bağlı inzibati sәrәncamların
           (hansı rәislәr tәrәfindәn verilmәsindәn asılı olmayaraq!)
           aradan qaldırılması nәzәrdә tutulsa da, indiyә qәdәr onlar
           niyә qüvvәdәn düşmüş elan edilmәyib? Әksәr hallarda hәmin
           mәhdudiyyәtlәr yenә dә olduğu kimi qalır. (Yerdәn sәslәr:
           Hәtta daha da artıb!) Tamamilә doğrudur, müsәlman mәktәb
           vә mәdrәsәlәrinin, müәllim vә müdәrrislәrinin әleyhinә
           yönәlәn mәhdudiyyәtlәr daha da artıb.
   154   155   156   157   158   159   160   161   162   163   164