Page 162 - design_Topcubashov_Full_Layout 1
P. 162
Əlimərdan bəy Topçubaşov
9) Dövlәt Dumasına xüsusi qanunverici aktın tәqdim
edildiyini nәzәrә alaraq, müsәlmanlar üçün heyvanların
kәsilmә qaydaları ilә bağlı hәr hansı dәyişikliklәr edilmәsinin
yolverilmәzliyi haqqında;
10) Türküstanın vә qırğız vilayәtlәrinin müsәlman әhalisinә
qanunverici müәssisәlәrә öz nümayәndәlәrini seçә bilmәlәrinә
imkan yaratmaq üçün seçki hüququnun verilmәsi haqqında.
Kәbin kәsilmәsi zamanı kişinin hәr hansı yoluxucu
xәstәliyin daşıyıcı olmaması barәsindә tibbi arayış tәqdim
etmәsinin mәqsәdәuyğunluğu haqqında tәklif arzu şәklindә
qәbul olunur. Bu cür arayışların mümkün olan yerlәrdәn
alınması tövsiyә edilir.
(Qәtnamә maddәlәrinin hәr biri Ә.Topçubaşov tәrәfindәn
әsaslandırılır. Qurultayda qәtnamәlәrin hamısı alqışlarla
qәbul olunur).
А.Топчибашев: “Нас не только игнорируют, но и не
162 доверяют нам вовсе” // “Гасырлар авазы”.
Казань, 1997, № 1/2, c. 74–80.