Page 157 - design_Topcubashov_Full_Layout 1
P. 157
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
әhalisini qıcıqlandırır, digәr tәrәfdәn isә hakimiyyәtin
müsәlmanlara bәslәdiyi şübhә әhval-ruhiyyәsini daha da
güclәndirir. Buna ehtiyac varmı? Müsәlmanların baxışları,
xüsusәn dә din sahәsindәki tәsәvvürlәri ilә tam ziddiyyәt
tәşkil edәn belә münasibәtin nәyә gәtirib çıxardığı qırğız
әyalәti nümayәndәsinin verdiyi mәlumatdan da bir daha
aydın olur. Hәmin mәlumatı iki gün öncә qurultayda
dinlәmişik. Qanuna görә, qırğız әyalәtindә hәr qәzada bir
molla vә bir mәscid fәaliyyәt göstәrmәli olduğu halda,
mövcud mәnzәrәdәn dә göründüyü kimi, qәzaların hәr
birindә onlarla mәscid vә yüzlәrlә molla var. Onlar hamısı
hökumәt agentlәrindәn gizli şәkildә fәaliyyәt göstәrirlәr.
Başqa cür dә ola bilmәzdi. Çünki müsәlman qırğız öz dininin
tәlәblәrini yerinә yetirmәyә bilmәz. Öhdәsinә düşәn ayinlәri
mütlәq icra edir, nәyin bahasına olursa-olsun, etmәlidir.
Hәtta bu mәsәlәdә qanunu pozması da onun qarşısını kәsә
bilmәz. Dininә münasibәtdә müsәlmanın vicdanının hökmü
belәdir. (Alqışlar.) 157
Qırğız әyalәtindә din mәsәlәlәrinә polisin nәzarәt etmәsinin
doğurduğu nәticәlәr başqa cür dә ola bilmәzdi. Bütün
bunlardan sonra hәlә yenә dә müsәlmanlardan hökumәtә
inam vә sevgi tәlәb edirlәr...
Bәlkә, müsәlmanların gizli fәaliyyәtә keçmәlәrini,
konspirasiya ilә mәşğul olmalarını istәyirlәr? Biz solçu
deyilik, solçulara rәğbәtimiz yoxdur. Çünki onlar istәklәrimizә
tәrәfdar çıxmırlar, arzularımızı ifadә etmirlәr. Müsәlmanlar
özlәri isә xarakterlәrinә xas tәvazökarlığa, hakimiyyәtlә
hörmәtkaranә davrandıqlarına görә, bir qayda olaraq, susurlar.
Nәyә görә? Bu mәsәlә ilә әlaqәdar mәşhur latın aforizmi
olan “Cum tacent, clamant” (Mark Tulli Siserona aid edilәn
latın kәlamıdır. “Susqunluğu ilә qışqırmaq” anlamını ifadә
edir – Tәrc.) sözlәrini tam şәkildә müsәlmanlara şamil etmәk
mümkündür. Doğrudur, onlar zahirәn sussalar da, öz susqun
halları ilә fәryad qoparırlar. (Sürәkli alqışlar.) Baxın, heç