Page 161 - design_Topcubashov_Full_Layout 1
P. 161
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
1) Türküstan vә Şimali Qafqazda yeni ruhani idarәlәrinin
yaradılması haqqında;
2) Türküstan, Akmolla, Ural vә Semipalatinsk qırğız
vilayәtlәrinin dini işlәrin idarәçiliyi baxımından Orenburq
dairәsi ruhani mәclisinә birlәşdirilmәsi haqqında;
3) müsәlman әhalinin yaşadığı yerlәrdә dini idarәlәr
tәrәfindәn tәsdiq olunmuş proqram üzrә mәdrәsәlәrin –
ruhani seminariyalarının (yaxud bu mәktәb vә mәdrәsәlәrin
bölmәlәrinin, habelә ayrıca qadın vә kişi müәllimlәr
mәktәblәrinin) vә ümumәn müәllimlәr hazırlanması üzrә
müsәlman mәktәblәrinin açılmasının sürәtlәndirilmәsi
haqqında;
4) yerlәrdәki müsәlman mәktәb vә mәdrәsәlәrinin müәllim
vә müdәrrislәrinin tәqib olunmasının dayandırılması, habelә
müsәlman mәktәblәrinә münasibәtdә 31 mart 1905-ci il, 1
noyabr 1907-ci il vә 14 iyun 1913-cü il tarixli әsasnamәlәrin
lәğvi haqqında;
5) mәktәb vә mәdrәsәlәrdә xaricdә tәhsil almış rus 161
tәbәәsi olan müsәlmanların tәdris işlәrinә buraxılmalarına
icazә verilmәsi haqqında;
6) Zaqafqaziyada müәyyәn sәbәblәrә görә adları metrik
kitablara düşmәmiş şәxslәrә doğum, nikah vә ölüm
şәhadәtnamәlәrinin verilmәsi mәsәlәsinin tezliklә nizama
salınması haqqında;
7) qırğızların oturaq hәyat keçirdiklәri yerlәrdә rus
köçkünlәrinin timsalında olduğu kimi, qırğız әyalәti
müsәlmanlarına da mәscidlәrin xeyrinә torpaq sahәlәrinin
ayrılması haqqında, habelә bütün quberniyalarda mülkәdar
torpaqlarında yaşayan qırğızlar üçün mәscidlәrin, mәktәb
vә mәdrәsәlәrin xeyrinә adambaşına qarşılığının ödәnilmәsi
müqabilindә, yaxud vergidәn azad şәkildә torpaq sahәlәrinin
ayrılması haqqında;
8) Qafqazdakı idarә vә qurumların vәzifәli şәxslәrinә
müsәlmanların hәmin idarә vә qurumlara baş geyimi ilә
daxil olma hüquqlarının izah edilmәsi haqqında;