Page 164 - design_Topcubashov_Full_Layout 1
P. 164

Əlimərdan bəy Topçubaşov


                  sahibi ola bilmәyiblәr. Orduda xidmәtdәn tam uzaqlaşdırılıblar.
                  Biz әsgәri mükәllәfiyyәt daşımırıq.
                     Hәrbi mükәllәfiyyәt yerinә hәr il dövlәtә milyon manat
                  vergi ödәyirik. Belә vәziyyәt nәticә etibarı ilә hәmvәtәnlәrimiz
                  üçün son dәrәcә acınacaqlı nәticәlәr doğurur. Bu acınacaqlı
                  şәraiti meydana çıxaran amillәrdәn әn mühümü cәbhәdә
                  әsgәrlәrimizin olmamasıdır. Әgәr әsgәrlәrimiz orduda deyilsә,
                  demәli, hәrbçilәrin keçirdiklәri qurultaylarda, yaratdıqları
                  tәşkilat vә qanunverici qurumlarda әrizәlәrimizi,
                  müraciәtlәrimizi tәqdim edә bilәn kimsә yoxdur.
                     Qafqazdakı silahlı qüvvәlәrin hәrbi şuralarında gürcülәr
                  vә ermәnilәr öz nümayәndәlәri ilә tәmsil olunub. Lakin biz
                  orduya alınmadığımızdan hәmin tәşkilat vә qanunverici
                  qurumlara tәmsilçilәrimizi göndәrә bilmirik.
                     İşlәrin belә şәkil alması müvәqqәti xarakter daşısa da,
                  onun mәnfi tәrәflәrini üzәrimizdә hiss edirik.  Yaranmış
                  vәziyyәt nәticәsindә yuxarıda xatırlatdığım tәşkilatlara Qafqaz
         164      müsәlmanlarının ehtiyac vә istәklәri barәdә mәlumat verә
                  bilmirik. Bizә münasibәtdә bәd niyyәtlәri olan qüvvәlәr
                  istisnasız şәkildә öz maraqlarından çıxış edib mәkrli planlarını
                  hәyata keçirirlәr.
                     Onlar haqqımızda çeşidli şübhә toxumları sәpmәyә
                  çalışaraq deyirlәr: “Müsәlmanların hәrbi mükәllәfiyyәti
                  yoxdur, amma bununla belә, müxtәlif tәşkilatlar yaradırlar”.
                  Müsәlmanların guya xristian xalqlar üçün tәhlükә yaratdıqları
                  fikrini ortaya atıb tәhrikçilik fәaliyyәti ilә mәşğul olurlar.
                  Әslinә baxanda isә, indiyәdәk Qafqaz müsәlmanları heç bir
                  dini tәşkilat, yaxud cәmiyyәt tәsis etmәyiblәr. Müsәlmanlarla
                  xristianlar arasında dini zәmindә heç bir toqquşma baş
                  vermәyib. Lakin bu, heç bir halda müsәlmanların zorla
                  salındıqları sıxıntılı şәraitә hәmişә sәslәrini çıxarmadan
                  dözüb tәhәmmül etmәlәri anlamına gәlmәmәlidir. Xristian
                  missionerlәri Volqaboyu müsәlmanları arasında olduğu kimi,
                  bizim dә içәrimizdә xaçpәrәstliyin yayılması, İsa dininin
   159   160   161   162   163   164   165   166   167   168   169