Page 165 - design_Topcubashov_Full_Layout 1
P. 165

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           özünә kök salması mәqsәdi ilә müxtәlif cәmiyyәtlәr yaradıblar.
           Müsәlmanların yaşadıqları başqa yerlәr kimi, mәmlәkәtimizdә
           dә hәr vasitә ilә öz dinlәrinin intişarına çalışırlar.
               Sadaladığım hallara göz yumaraq bir daha tәkrar edirәm
           ki, müsәlmanlar sәbirli vә dözümlüdürlәr. Onlar heç vaxt
           münaqişә yaratmayıblar, qarşıdurmaların meydana çıxması
           üçün әsas vermәyiblәr. Lakin yenә dә bizi istәmәyәnlәr ilk
           fürsәt düşәn kimi suyu bulandırmağa çalışır vә dil boğaza
           qoymadan eyni şeyi tәkrarlayırlar: “Müsәlmanlar Rusiyanın
           düşmәnlәrinin yanında yer alırlar. Çünki mәzhәblәri vә
           mәramları eynidir. Qüvvәlәrini birlәşdirib Rusiya üzәrinә
           hücuma keçmәk istәyirlәr”. Belә şayiәlәr nәticәsindә artıq
           bәzi yerlәrdә qarşıdurma vә toqquşmalar baş verib. Aldığımız
           teleqramlardan da göründüyü kimi, bir sıra yaşayış
           mәntәqәlәrindә xristian hәrbçilәr silahsız, dinc müsәlmanlara
           hücum ediblәr. Doğrudur, lazımi tәdbirlәr görülüb. Bәzi
           yerlәrdә hadisә yerinә hәtta Dövlәt Dumasının bir neçә
                                                                       165
           deputatı göndәrilib. Hadisәlәrin baş verdiyi mәntәqәlәrә
           gәlәn deputatlar belә xәbәrlәrin hamısının sadәcә tәxribat
           olduğunu aydınlaşdırıblar. Müsәlmanlar heç bir önlәyici
           tәdbirә әl atmayıblar. Onlar tәrәfdәn, ümumiyyәtlә, belә
           hәrәkәt gözlәmәyә dәymәz. Hәtta özlәrinә şamil edilәn
           böhtanların uydurma olması barәsindә bәyanat da yayıblar.
           Bәyanatı dumanın Zaqafqaziya komissarlığının beş nәfәr
                   1
           deputatı imzalayıb. Lakin çirkin әmәllәrini әvvәlcәdәn
           bütün incәliklәri ilә planlaşdıran tәhrikçilәr belә bәyanatlara
           әhәmiyyәt vermәdәn qara niyyәtlәrini hәyata keçirmәk üçün
           yeni münaqişә ocaqları yaradırlar.
               Hәrbçilәrin hisslәri ilә oynamaq mәqsәdi ilә guya
           müsәlmanların törәtmәk istәdiklәri dәhşәtli әmәllәrlә bağlı


            1  Cәnubi Qafqazın idarәçiliyi üzrә Xüsusi Zaqafqaziya Komitәsinin
           (OZAKOM) üzvlәri  V.A.Xarlamov, M.İ.Papacanov, M.Y.Cәfәrov,
           A.İ.Çxenkeli, K.Q.Abaşidze nәzәrdә tutulur. (Tәrc.)
   160   161   162   163   164   165   166   167   168   169   170