Page 166 - design_Topcubashov_Full_Layout 1
P. 166

Əlimərdan bəy Topçubaşov


                  müxtәlif nağıllar uydurulur. Son günlәr alınan teleqramlar
                  Qars, Bakı, İrәvan vә başqa şәhәrlәrdә yaşayan müxtәlif
                  millәtlәrin nümayәndәlәrinin müsәlmanlar әleyhinә
                  hazırladıqları tәxribatlar haqqında bir-birindәn hәyәcanlı
                  xәbәrlәr verir. Müsәlmanların guya dövlәtә vә xristian әhaliyә
                  qarşı çevrilmiş qәsdlәri ilә bağlı şahidlәrin olması barәdә
                  şayiәlәr yayırlar.
                     Planlı hәyata keçirilәn bu tәxribatlar nәticәsindә İrәvanda,
                  Qarsda, habelә Türkiyәdәn alınmış bir sıra şәhәr vә vilayәtlәrdә
                  hәrbi hissәlәrin müsәlmanlara qarşı hәrәkәtә başladıqları da
                  yayılan xәbәrlәr arasındadır. Onlar artıq Bakının bir hissәsini
                  әlә keçiriblәr. Mәsәlә bundadır ki, baş verәn hadisәlәrdә
                  yalnız müsәlmanlar deyil, Qafqazın bütün xalqları, bölgәnin
                  bütün sakinlәri zәrәr görә bilәrlәr. Bu tәxribatlara son
                  qoymaq, onların kökünü birdәfәlik kәsmәk vә sakitlik
                  yaratmaq üçün әn sәrt tәdbirlәr görmәk zәruridir.
                  Mәlumatlarımız sәhih mәnbәlәrdәndir, müsәlman siyasi vә
         166      ictimai tәşkilatlarının Bakı komitәsindәn daxil olub. Hәmin
                  komitәnin üzvlәrindәn Mәhәmmәd Әmin Rәsulzadә vә
                  Әsәdullayev 263  burada iştirak edirlәr. İşlәrimizlә, mövcud
                  vәziyyәtlә yaxından maraqlanan komitәmiz dә oxşar
                  mәlumatlar almaqdadır.
                     Nuxa şәhәrindә dә dәhşәtli hadisәlәr baş vermәkdәdir.
                  80 min әhalisi olan şәhәrdә 5–6 min xristian yaşayır. Oradan
                  gәlәn teleqramda xristianların Nuxaya hücum etmәk vә qan
                  axıtmaq niyyәtindә olduqları barәdә xәbәr verilir.
                     Eyni zamanda hәm utanc, hәm dә kәdәr hissi doğuran
                  bu hadisәlәri tәhqiq etmәyin, onların hәqiqi mahiyyәtini rus
                  xalqına çatdırmağın zәruriliyi haqda çox danışılır. Cәsur
                  müsәlmanların bu çirkin oyunlarla heç bir әlaqәsinin olmadığını
                  göstәrmәk, qana hәris tәxribatçıların maskalarını qoparıb
                  atmaq tәlәb edilir.
                     Biz azad Rusiya vәtәndaşlarının hәqiqi dostları, qardaşları
                  olmaq istәyirik. Biz azadlıq uğrunda çarpışırıq, eyni zamanda
   161   162   163   164   165   166   167   168   169   170   171