Page 167 - design_Topcubashov_Full_Layout 1
P. 167
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
onu zәhmәtkeş rus xalqı ilә, inqilab әsgәrlәri ilә birlikdә
müdafiә etmәyә hazırıq.
Biz teleqramları göndәrәn regional tәşkilatların rәhbәrlәrinә
inanırıq. Bu hadisәlәrin dәhşәtli yanğın kimi hәr yerә
yayılmasını istәyәn, müsәlmanların inqilaba vә xristian
әhaliyә qarşı çıxmasını arzulayan xәbis tәxribatçıların
mövcudluğu heç bir şübhә doğurmamalıdır. Yәqin, fikrimlә
razılaşarsınız ki, xristianlığın özünün dә ruhu ilә bir araya
sığmayan bu tәxribatlar xristian әhaliyә mәnfi tәsir göstәrә
bilәr.
Elә düşünmәyin ki, belә hadisәlәr yalnız Qafqazda baş
verir. Mahiyyәt etibarilә onlar bütün Rusiya vә bütün
müsәlmanların taleyi ilә bağlıdır. Ayrıca vurğulamalıyam ki,
xüsusәn ağır zülm altında yaşayan Qafqaz müsәlmanlarının
azadlığa qovuşmaq yolunda göstәrdiklәri sәy vә qәtiyyәt,
yerli hәrbi hissәlәrә bәslәdiklәri xeyirxah münasibәt, elәcә
dә Qafqazın şәhәr vә kәndlәrindәki mövcud siyasi vә ictimai
tәşkilatlara rәhbәrlik edәn şәxslәrin hәrәkәtlәri ortadakı 167
bütün şayiә vә dedi-qodulara rәğmәn yerli müsәlmanların
heç bir bәd niyyәtdә olmadıqlarına dәlalәt edir. Onların
mövqeyini yalnız ayrı-ayrı şәxslәrin vә siyasi partiyaların
Müvәqqәti hökumәtә sәdaqәt ifadә edәn teleqramları deyil,
Tiflis, Bakı vә Yelizavetpol şәhәrlәrindә keçirilәn qurultaylar
da sübuta yetirir. Bu qurultayların hamısında Müvәqqәti
hökumәtә sadiqlik bildirilir, ona hәr cür kömәk göstәrilәcәyi
vәd olunur. Bu da bir daha bütün güc vә qüvvәmizlә azadlığı
müdafiә edәn mübarizlәrin sırasında dayandığımızı aydın
göstәrir.
Heç kәsin hisslәrimizә şübhә ilә yanaşmağa haqqı yoxdur.
Amma yenә dә hәr yerdә müsәlmanlar әleyhinә fitnә toxumu
sәpilir, tәxribatlar hәyata keçirilir. Bu dәhşәtli xәbәrlәrin
tәsiri altında biz – Qafqaz nümayәndәlәri ölkәmizi müdafiә
etmәk mәqsәdi ilә әvvәl öz aramızda fikir mübadilәsi apardıq,
sonra isә qardaşlarımız olan hәrbçilәrlә – könüllülәrdәn