Page 171 - design_Topcubashov_Full_Layout 1
P. 171

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           danışsın. Bunu yalnız ona görә istәmir ki, sadәcә müsәlmanların
           ictimai vә dövlәt hәyatındakı rolu ilә bağlı әsrlәr boyu hökm
           sürmüş dәhşәtli uyğunsuzluğa, qeyri-bәrabәrliyә diqqәt
           yetirsin. Vәtәn qarşısında borclarını bütün mәsuliyyәti ilә
           dәrk edәn müsәlmanlar sәslәrini ona görә qaldırırlar ki,
           cәnab nazir-sәdrin çağırışı ilә özlәrinin dә bütün şüurlu
           vәtәndaşlarla bir sırada yer aldıqlarını bәyan etsinlәr. Onun
           “haradasınız?” sualının cavabında “biz müsәlmanlar hәmişә
           işimizin başında olmuşuq vә bu gün dә üzәrimizә düşәn
           vәzifәni yerinә yetiririk” deyә bilsinlәr. Bәli, onlar çoxmilyonlu
           әhaliyә malik Rusiya dövlәtindә bu dövlәtin tәlәblәrinә
           cavab verәn vә üzәrlәrinә düşәn vәzifәlәri yerinә yetirmәkdәn
           heç zaman boyun qaçırmayan vәtәndaşlar olaraq yenә dә öz
           işlәrinin başındadırlar. (Alqışlar.)
               Rusiya sәmasında azadlıq günәşi görünәn kimi ölkәnin
           müsәlman xalqları nifrәtamiz despotizm zәncirlәrini qoparıb
           ataraq yeni hava ilә dәrindәn nәfәs aldılar, daha yaxşı hәyata
                                                                       171
           köklәnmiş böyük ümid hissi ilә demokratik prinsiplәrә
           әsaslanan yeni quruluşun әn qızğın tәrәfdarları sırasında öz
           yerlәrini tutdular. Hәm dә sadәcә rәğbәt bildirmәklә, tәrәfdar
           olmaqla kifayәtlәnmәdilәr, bu quruluşun tәcәssümü kimi
           meydana çıxan Müvәqqәti hökumәtin müdafiәsinә qalxdılar.
           Xalqın ali hakimiyyәtinin bütün tәşәbbüslәrini elliklә
           dәstәklәmәk, inqilabi demokratiya bayrağı altında azadlıq
           yolu ilә irәlilәmәk qәrarına gәldilәr. (Sol tәrәfdәn sürәkli
           alqışlar.)
               İnqilabın ilk günlәrindәn başlayaraq müsәlmanlar
           ümumrusiya vә yerli әhәmiyyәtә malik qurultaylarının coşqun
           әhval-ruhiyyә üzәrindә köklәnmiş qәtnamәlәrindә inqilabi
           hökumәtә vә böyük çevrilişin cәsur qәhrәmanlarına öz isti
           münasibәtlәrini nümayiş etdirdilәr. Onlar hәr yerdә, hәr
           tәrәfdә demokratik әsaslara söykәnәn ictimai-siyasi tәşkilatlar
           yaradaraq, dövrün ümdә tәlәblәrindәn çıxış etdilәr, әn mühüm
   166   167   168   169   170   171   172   173   174   175   176