Page 173 - design_Topcubashov_Full_Layout 1
P. 173
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
güdәn toplum kimi qәlәmә verilsin – bәli, heç kimә sirr
deyil ki, indiyә qәdәr bütün bu hallar baş verib. Başımıza
çox bәlalar gәlib. Çox müsibәtlәrә şahid olmuşuq. Ancaq
sadaladığım bütün ağrı-acılara, fәlakәtlәrә baxmayaraq,
müsәlmanlar böyük rus inqilabının tәntәnәsi naminә daha
yaxşı gәlәcәyә tam ümid vә inam hissi ilә seçilmiş yoldan
bir addım da kәnara çıxmayacaq, mәqsәdә doğru qәtiyyәtlә
irәlilәyәcәklәr. (Alqışlar.)
Müsәlmanların yaşadığımız dövrün mühüm mәsәlәlәrinә
münasibәti dә bu әsas müddәadan irәli gәlir.
Dәhşәtlәrinә görә misli-bәrabәri olmayan, canlı insan vә
maddi-mәnәvi itkilәri hesaba gәlmәyәn, ölkәnin tәsәrrüfat-
iqtisadiyyat hәyatında külli miqdarda dağıntıya yol açan
böyük dünya müharibәsi getdikcә daha qorxunc xarakter
alır vә bizi baş vermiş inqilabın nailiyyәtlәrini mәhv etmәklә
hәdәlәyir. İndiki müharibәdә iştirakımızla bağlı Qafqaz yerli
diviziyasını tәşkil edәn könüllü müsәlman alaylarından ibarәt
173
1,5 milyon nәfәr müsәlman hәrbçisinin müxtәlif cәbhәlәrdә
döyüşmәsi әn diqqәtәlayiq faktdır. Cәsur rus әsgәrlәrinin
düşmәn önündә canlı sipәr kimi dayanmış cәrgәlәrindә
müsәlmanların göstәrdiyi qәhrәmanlıq vә şücaәt haqqında
danışmaq bizim deyil, gәlәcәk tarixçilәrin işidir. (Alqışlar.)
Mәğlubiyyәtә uğramaq qorxusundan deyil (dünyanın әn
böyük ölkәsini әymәk, sındırmaq imkan xaricindәdir!),
sadәcә süquta uğramış rejimin miras qoyduğu son dәrәcә
dәhşәtli şәrtlәr ucbatından despotizmin meydana çıxardığı
әrzaq qıtlığı, aclıq tәhlükәsi, maliyyә hәrc-mәrcliyi kimi
bәlalar biz müsәlmanları da yalnız ümumi vәtәnin rifahı
naminә bütün inqilabi demokratiya ilә birlikdә aşağıdakı
tәlәblәrә tәrәfdar çıxmağa vadar edir: heç bir ilhaqçılıq
siyasәti vә tәzminatlar olmadan xalqların öz müqәddәratını
sәrbәst tәyin etmәk hüququnun tanınması şәrti ilә şәrәfli
sülh! (Alqışlar.)