Page 174 - design_Topcubashov_Full_Layout 1
P. 174

Əlimərdan bəy Topçubaşov


                     Müsәlmanlar xalqları öz müqәddәratını tәminetmә
                  hüququnu dövlәt quruluşu formasının bünövrәsi sayırlar.
                  Lakin bu mәsәlәnin hәllini Müәssislәr Mәclisi çağırılana
                  qәdәr tәxirә salmağa razıdırlar. Müәssislәr Mәclisindә
                  müsәlmanlar ucqarlar üçün federativ quruluş tәlәb edәcәklәr.
                  İndiki zamanda isә inqilabi dövlәtin vә inqilabi Rusiyanın
                  maraqları naminә biz milli-mәdәni muxtariyyәtin hәyata
                  keçirilmәsi tәlәbi ilә kifayәtlәnirik. Bu tәlәb Ümumrusiya
                  müsәlmanlarının qurultayında bәyan olunub. (Alqışlar.)
                     Hakimiyyәtin tәşkili mәsәlәsinә toxunaraq demәliyәm
                  ki, müsәlmanlar yeganә düzgün vә tәbii üsul kimi koalisiya
                  prinsipini dәstәklәyirlәr. Çünki yalnız belә prinsip әsasında
                  qurulan hökumәt ölkәnin bütün canlı siyasi qüvvәlәrinin
                  ideya nәzarәti altında ola bilәr. Әn başlıcası isә vәtәndaş
                  hәmrәyliyini tәmin edәr, xüsusәn dә dövlәtin mövcudluğu
                  üçün başlıca şәrt olan qayda-qanun yarada bilәr. Bölgәlәrdә
         174      idarәçiliyin tәşkili, mәrkәzlәşdirmәdәn imtina, yerli idarәçilik
                  prinsiplәrinin tәcrübәdә tәtbiqi, müsәlmanlara mәhәlli
                  idarәçilikdә әn geniş sәlahiyyәtlәr verilmәsi sadalanan bütün
                  işlәrin görülmәsi baxımından hökumәtә daha geniş fәaliyyәt
                  meydanı yarada vә daha sәmәrәli addımlar atmağa imkan
                  verә bilәr. Yerlәrdәki hakimiyyәtin möhkәmlәndirilmәsi vә
                  yerli әhalinin mövcud iqtidara münasibәti Müvәqqәti
                  hökumәtin bütün tәşәbbüslәri, habelә onun elan etdiyi
                  fәaliyyәt proqramı ilә sıx şәkildә bağlı olduğundan bu
                  mәsәlәyә mühüm diqqәt yetirmәk lazımdır.
                     Müәssislәr Mәclisinin mütlәq qaydada vә yeni
                  tәxirәsalınmalar olmadan, göstәrilәn vaxtda (27 noyabr)
                  çağırılması zәrurәti ilә әlaqәdar deyilәnlәr yalnız yeni iqtidarın
                  mövqeyini daha da möhkәmlәndirmәyә xidmәt edir. Müvәqqәti
                  hökumәtin üzәrinә düşәn, hәqiqәtәn dә, nәhәng işlәrin hәyata
                  keçirilmәsi üçün bu mәclisә böyük ehtiyac vardır.
   169   170   171   172   173   174   175   176   177   178   179