Page 179 - design_Topcubashov_Full_Layout 1
P. 179
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
2. Dәrhal İrәvana nümayәndә göndәrmәk vә Ermәnistanın
da eyni addımı atmasına nail olmaq lazımdır. Özünüz baxın,
Türkiyә artıq İrәvana vә Tiflisә göndәrәcәyi nümayәndәlәrin
adlarını açıqlayıb. Dünәn bura gәliblәr.
269
3. Eyni işi Dağlı Xalqlarının İttifaqı , Krım hökumәti 270
vә Ukrayna 271 ilә dә görmәyә lüzum var.
4. Fikrimcә, dağlılara xüsusәn diqqәtli münasibәt lazımdır.
Vәziyyәtlәri hәr baxımdan ümidsizdir. T.Çermoyevlә 272
Kotsev 273 dә buradadırlar. Mәnimlә söhbәt etdilәr. Hәmişәki
kimi yardım üçün (heç olmazsa, maddi!) yalvarırdılar. Onlara
heç әvvәl dә kömәk etmәmişik. Düşünürәm ki, indiki şәraitdә
qardaşlıq әlimizi uzatmalı vә 5–10 milyon bon 274 uzunmüddәtli
borc vermәliyik. Tәklif etdim ki, Gәncәyә gәlib Sizinlә
görüşsünlәr. Xahişlәrinә әn ciddi şәkildә tәrәfdar olduğumu
bilmәnizi istәyirәm. İndi qarşımıza Abxaziya ilә bağlı tәzә
mәsәlә 275 dә çıxıb. İşin mahiyyәti bundadır ki, bizim kömәk
göstәrmәdiyimiz tәqdirdә abxazlar özlәrini yenә Cәnub- 179
Şәrq İttifaqının 276 ağuşuna atacaqlar. Artıq bu istiqamәtdә iş
gedir, “şirniklәndirici” tәkliflәr alırlar.
Dediyim mәsәlәlәr çox ciddi әhәmiyyәtә malikdir, onları
hәll etmәdәn özümüzü az-çox güclü saya bilmәrik. Bundan
başqa, mәn İstanbul vә Berlindә digәr xalqların tәmsilçilәri
ilә hәmrәy çıxışlarımızın zәruriliyinә dә böyük önәm verirәm.
Tәәssüf ki, Ermәnistan nümayәndәsi ilә danışa bilmәdim.
Hәlә gәlib çıxmayıb. Әvәzindә başqaları ilә görüşmәyә
razılıq aldım. N.Jordaniya 277 burada mәnim iştirakımla xüsusi
müşavirә keçirdi. Bununla әlaqәdar İstanbul vә Berlindәki
gürcü nümayәndәsi ilә bağlı tәlimatlar göndәrin.
Dünәn gürcü vә ermәni hökumәtlәri yanında Türkiyә
nümayәndәlәri Әbdül Kәrim paşa 278 ilә Mehmet Әli paşa 279
gәldilәr. Birincinin yanında oldum. Birsaatlıq söhbәt zamanı
mühüm mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq. Çox