Page 180 - design_Topcubashov_Full_Layout 1
P. 180

Əlimərdan bəy Topçubaşov


                  yüksәk tәsir bağışladı. Döyüş generalı olsa da, ziyalı adamdır,
                  hadisәlәrә yanaşmada aydın siyasi baxışı var. Bizә münasibәti
                  son dәrәcә yaxşıdır, hәm dә Gürcüstanla Türkiyә arasında
                  normal әlaqәlәr qurulmasına çox can atır. Cәfәrovla 280  әtraflı
                  danışaram. Çünki onunla daimi әlaqә saxlamalıdır. Tәәssüf
                  ki, Mehmet Әli paşa ilә görüşә bilmәdim. Dünәn gecә
                  İrәvana yola düşmüşdü. Çoxları onun maarifçi baxışları,
                  Qafqaza dәrin bәlәdliyi (rus dilini bilir) haqda danışırlar. Bu
                  isә qarşımızda İrәvana göndәrәcәyimiz nümayәndәnin әn
                  yüksәk tәlәblәrә cavab vermәsi vәzifәsini qoyur. Çünki
                  Ermәnistanla çәk-çevirlәrimiz çox olacaq. Kimi göndәrmәk
                  olar? Ciddi mәsәlәdir. Nümayәndәmizin tәk Ermәnistana
                  yaxşı bәlәd olması kifayәt deyil, o hәm dә mübariz xarakteri
                  ilә seçilmәlidir. Qorxuram razılaşmasınlar, amma mәn doktor
                  M.Vәkilovu 281  tәklif edәrdim. Hәrçәnd onun burada – arbitraj
                  komissiyasında iştirakı da arzuolunandır.  Amma İrәvana
         180      nümayәndә göndәrilmәsi mәsәlәsi dә tәcilidir. Doktor indi
                  burada yoxdur, o, Gәncәyә gәlәcәk. Sonra özünüz onunla
                  danışarsınız.
                     Bolşevik qasırğasının tәsiri altında qapıldığım apatiya 1
                  artıq çәkilir vә bütünlüklә işә nüfuz etmәyә başlayıram.
                  Hәm dә tәәssüflәnirәm ki, bu qәdәr çox iş olduğu halda,
                  belә uzaqlara gedirәm. Amma onu da düşünürәm ki, getmәyim
                  son dәrәcә zәruridir. Bu axşam Batuma yola düşürәm. İndiyә
                  qәdәr burada boş-bekar oturmuşdum. Gecikmәyimin әsas
                  sәbәbi Batumdan çıxacaq gәmi haqda xәbәr gözlәmәyimdir.
                  Gәldiyim gün teleqram göndәrmişdim. Yalnız dünәn cavab
                  aldım ki, gәmi yoxdur. Eyni şeyi Әbdül Kәrim paşa da
                  tәsdiq etdi. Dedi ki, Batumda 6–15 gün gözlәmәli olacağam.


                  1  Ә.Topçubaşov Bakı Xalq Komissarları Soveti vә Sentrokaspi Diktaturası
                  dövründә fiziki mәhv tәhlükәsi altında bolşevik zindanında keçirdiyi bir neçә
                  aylıq mәhbusluq dövrünü nәzәrdә tutur. (Tәrc.)
   175   176   177   178   179   180   181   182   183   184   185