Page 184 - design_Topcubashov_Full_Layout 1
P. 184

Əlimərdan bəy Topçubaşov


                  mәhsulun dörddәbir hissәsi almanlara verilsin”. Mәn dәrhal
                  Әsәd paşanı ziyarәt etdim. Belә uydurmaların mәtbuata yol
                  tapmasına qәti etirazımı bildirdim. O da yayılan xәbәrin
                  teleqraf agentliklәrinin fantaziyası olduğunu düşünürdü.
                  Lakin dünәnki İstanbul qәzetlәri almanların bizә vә Türkiyәyә
                  yeni tәlә qurmalarından xәbәr verir. Tәlәt paşanın 287  Vyana
                  vә Berlin sәfәri dә bunun sübutudur. Qәzetlәr sәs-küy qaldırır,
                  söyürlәr. Hamı ehtizaza gәlib. Amma bәs bizim işimiz necә
                  olacaq? Mәnim planım belәdir: Siz dәrhal Kresse 288  vasitәsilә
                  alman hökumәtinә etiraz bildirirsiniz. Hәm dә әlavә edin ki,
                  mәn Berlin vә Vyanada bu etirazı şәxsәn diqqәtә çatdıracağam.
                  İstanbulda isә Tәlәt paşa ilә danışacaq vә mәsәlәnin aydınlaşma
                  dәrәcәsinә müvafiq hәrәkәt edәcәyәm. Әgәr lazım gәlsә,
                  dәrhal Berlin vә Vyanaya yola düşәcәyәm.
                     Әlbәttә, çox tәәssüf ki, mandatımda Almaniya vә Avstriya-
                  Macarıstan dövlәtlәrinә sәfәr edәcәyim xüsusi göstәrilmәyib.
                  Bu qüsuru eyni tarix vә nömrә ilә yeni mandat göndәrilmәklә
         184      aradan qaldırmaq olar. Mandatda  Almaniya,  Avstriya-
                  Macarıstan, Bolqarıstan, Rumıniya hökumәtlәrinin adları
                  qeyd edilmәlidir. Onu xüsusi kuryer vasitәsi ilә göndәrin.
                  Mәn, çox güman ki, gәmilәrdәn birinin yola düşmәsini
                  gözlәdiyimdәn hәlә burada olacağam. Әgәr getmiş olsam,
                  qoy kuryer sәnәdi dediyim Mahmud bәy Әfәndiyevә versin.
                  O, mәnә, İstanbula yollayar. Başqa mәsәlә: çox tәәssüf
                  edirәm ki, mәktubumu Sizә çatdıracaq tәlәbәlәrin apardıqları
                  kağızların mәzmunu ilә tanışlıq imkanına malik deyilәm.
                  Şübhәsiz, orada mәnim missiyamla bağlı mәsәlәlәr dә var.
                  O zaman, zәhmәt olmazsa, kağızların mәzmunu barәdә
                  mәnә göndәrilәcәk kuryerlә mәlumat çatdırın ki, yolboyu
                  (5 gün) onlar üzәrindә düşünmәyә vaxtım olsun. Batuma
                  gәlmәyim barәdә sentyabrın 8-dә Mәhәmmәd Әminә       289
                  teleqram göndәrdim. Yenә dә lәnәtә gәlmiş rabitә vә әlaqә
                  mәsәlәsi ortaya çıxır. Mәnim nәzәrimdә başqa bir lәnәtlәnmiş
                  mәsәlә dә var, ona toxunmadan keçә bilmәrәm. Bu da
   179   180   181   182   183   184   185   186   187   188   189