Page 182 - design_Topcubashov_Full_Layout 1
P. 182

Ә.TOPÇUBAŞOVUN
                             FӘTӘLİ XAN XOYSKİYӘ
                                      MӘKTUBU


                                                     15 sentyabr 1918-ci il
                                                                   Batum


                     Çox hörmәtli Fәtәli xan!
                     Mövcud әlaqә vә mәlumat vasitәlәri yalnız son dәrәcә
                  yarıtmazlığı ilә seçilmir, bәzi hallarda onlar Batum kimi
                  yerdә ümumiyyәtlә yoxdur. Ona görә özünü dünyadan tam
                  tәcrid olunmuş sayırsan. Hәr şey tәsadüflәrin iradәsinә,
                  hökmünә tabe olunub. Bu mәktubu da Sizә tam tәsadüf
                  nәticәsindә, gözlәnilmәdәn yazıram. Düzdür, yazmaq
                  istәyirdim, amma bir neçә gün sonra – Bakı cәbhәsi әsgәrlәri
                  üçün siqaret vә tütün almağa gәlmiş iki nәfәr bakılı geri
         182      qayıdan zaman. Lakin dünәn qәfildәn gәmi peyda oldu.
                  Öyrәndim ki, hәmin gәmi ilә bizim tәlәbәlәr dә gәliblәr.
                  Sәhәr saat 9-da mәnә baş çәkmәlidirlәr (indi sübh saat 6-dır).
                  Daha sonra yenә tәsadüfәn “Gülnar” gәmisinin limana yan
                  alması... Düzdür, onu gözlәyirdilәr, amma gәliş vaxtı hәtta
                  tәxmini dә bәlli deyildi. Bu, hәlә Tiflisdә bizә deyilәn hәmin
                  o gәmidir. Bura çatdığımız gündәn, yәni sentyabrın 7-dәn
                  yolunu gözlәyirdik. Heç cür gәlib çıxmırdı. Vәziyyәti belә
                  görüb ilk gәmi ilә getmәyә qәrar verdim.  Amma işin
                  tәrsliyindәn ümumәn İstanbula gәmi yox idi. Dünәn isә heç
                  gözlәmәdiyimiz halda ikisi birdәn gәldi. Lakin onlardan
                  hansı vә nә zaman İstanbula yola düşәcәk – bunu kimsә
                  bilmir vә Әsәd paşadan 283  tutmuş, heç kәsә müraciәt fayda
                  vermir. Bütün bunları ona görә yazıram ki, İstanbulla әlaqәnin
                  nә qәdәr çәtin olduğu barәdә tәsәvvür yaransın.
                     Dörd dәfә teleqraf göndәrib cavab istәmişәm, bir xeyri
                  olmayıb. Bizim işimiz bir yana qalsın, Әsәd paşa özü dә bir
   177   178   179   180   181   182   183   184   185   186   187