Page 187 - design_Topcubashov_Full_Layout 1
P. 187

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           göndәrmişdi. Düzünü desәm, sevindirici faktla bağlı әtraflı
           mәlumat alacağıma özümü haqlı sayırdım. Tәkcә mәn yox,
           çoxları bunu gözlәyirdi. Ona görә dә hәmin gün
           azәrbaycanlılardan vә türklәrdәn yanıma çox adam gәlirdi.
           Narazılığımı şәxsiyyәtimin әhәmiyyәtini şişirtmәk üçün
           deyil, tәyin edildiyim geniş sәlahiyyәtlәrә malik nazir
           mövqeyinә lazımi diqqәt yetirilmәsi üçün bildirirәm. Yeri
           gәlmişkәn, hәmin mövqe haqda. Bu hansı vәzifәdir? Nazir?
           Bәzilәri xarici işlәr naziri deyә şişirdirlәr, bәzilәri daxili
           işlәr, hәtta maliyyә naziri adlandırırlar, bәzilәri isә sadәcә
           sәfir deyirlәr. Vәzifәlәrin belә fәrqli şәkildә tәsnif edilmәsindә
           portfelsiz nazir postunun qeyri-müәyyәnliyi dә bәlli rol
           oynayır. Qorxuram ki, rәsmi yazışmalarda da mәnimlә bağlı
           belә fәrqliliklәr meydana çıxsın. Bu isә sadәcә ayıb deyil.
           Hәm dә üzәrimә götürdüyüm işin icrasına ziyan dәymәsindәn
           irәli gәlәn әndişә ilә bağlıdır. Qarışıqlıqdan yaxa qurtarmaq
           üçün mәnә verilәn mandatdakı mәtni әsas götürmәyi xahiş
           edәrdim. Orada deyilir: “Türkiyә, Mәrkәzi Avropa, Gürcüstan,  187
           Ermәnistan hökumәtlәri yanında fövqәladә vә sәlahiyyәtli
           nazir”. Sonra, әgәr Mәrkәzi Avropa dövlәtlәrini dәqiq, adbaad
           göstәrmәk, yaxud sadalamaq (mәsәlәn, Avstriya-Macarıstan,
           Almaniya, Bolqarıstan vә s.) zәrurәti yaransa, o zaman,
           әvvәldә dә Sizә yazdığım kimi, kuryer vasitәsi ilә göndәrilәcәk
           әlavә mandatı gözlәyirәm. Artıq qeyd etdiyim mülahizәlәrә
           görә, belә bir mandatı zәruri sayır vә onu Sizdәn İstanbulda
           alacağıma böyük ümid bәslәyirәm.
               Sizә geniş mәlumat göndәrdiyim tәlәbә – kuryer deyirdi
           ki, İstanbuldan, Rәsulzadәdәn Mәmmәdhәsәn Hacınskiyә 295
           bәzi mәlumatlar, habelә buradakı missiyalarımızın 296  fәaliyyәti
           haqda hesabat aparır. Mәktubumda kuryer vasitәsilә әn azı
           onların mәzmunu ilә bağlı mәlumatlandırılmağımı xahiş
           etmişdim. Doğrudur, maraqlandığım mәsәlәlәri İstanbulda
           da öyrәnә bilәrәm. Lakin yolboyu hәr şey üzәrindә daha
           әtraflı düşünüb-daşınmaq imkanı olardı. Әslinә baxanda,
   182   183   184   185   186   187   188   189   190   191   192