Page 192 - design_Topcubashov_Full_Layout 1
P. 192

Əlimərdan bəy Topçubaşov


                  bәylә 300  görüşmüşәm. Hamısı ilә danışıqlarım әtraflı şәkildә
                  yazıya alınıb.  Vәziyyәtin xoşagәlmәz tәrzdә dәyişmәyә
                  başladığı hәlә o vaxt aydın görünürdü. Tәlәt vә Әnvәr paşa
                  hökumәtlәrinin süqutu bunu әyani şәkildә göstәrdi. Sonra
                  isә iki hәftәdәn çox sürәn hökumәt böhranı vә köhnә diplomat
                  Tevfik paşanın 301  yeni kabinet qurmaqdan boyun qaçırması
                  vәziyyәtin necә tәhlükәli olduğunu ortaya qoydu. Dünәn
                  yanında olduğum yeni sәdrәzәm İzzәt paşa 302  da bunu tәsdiq
                  etdi. Bir-biri ilә әlaqәli götürüldükdә, tәbii ki, baş verәn
                  hadisәlәrdәn yaxşı heç bir şey gözlәmәk mümkün deyil, ona
                  görә hәtta geri qayıtmaq söhbәti dә ortaya çıxdı. İşlәrin
                  fәnalığı haqda Әnvәr paşaya istinadәn Әhmәd bәy Ağayev
                  dә danışdı. Yeri gәlmişkәn, o, indi Fәrrux bәy Vәzirovla 303
                  birlikdә yenә Azәrbaycana qayıdır. Lakin Әnvәr paşa ilә
                  ikinci görüşdәn sonra geri dönmәk mәsәlәsini gündәmdәn
                  çıxardım. Tәxminәn eyni vaxtda başqa bir mәsәlә – neytral
                  dövlәtә göndәrmәk üçün nümayәndә heyәti formalaşdırmaq
         192      işi ilә mәşğul olmağa başladım. Bu, çox uzun mәsәlәdir vә
                  tәfәrrüatlar barәsindә indi Sizә yazmaq imkanında deyilәm.
                  Yalnız onu deyә bilәrәm ki, әn müxtәlif kombinasiyalar
                  qurulurdu. Çünki heyәt üzvlәrinin hamısı başqa ölkәyә
                  getmәk tәklifindәn boyun qaçırdılar, işi mәnim tәkbaşına
                  görmәyimi istәdilәr. Әvvәlcә getmәyә qәrar verdim, lakin
                  buradakı kabinet dәyişikliyi vә müxtәlif xarakterli siyasi
                  problemlәr mәni özümün getmәyimlә bağlı fikirdәn daşındırdı.
                  Hәm dә etiraf etmәliyәm ki, belә tәbliğati işlәr üçün o qәdәr
                  dә uyğun deyilәm. Bu, sәhhәtim, әn әsası isә xarici dillәrdә
                  mükәmmәl biliyimin olmaması ilә bağlıdır. Hәm dә indiki
                  vaxtda İstanbulu tamamilә tәmsilçiliksiz qoymağı düzgün
                  saymırdım vә indi dә saymıram. Lakin yenә dә birbaşa
                  vәzifә borcumun icrası ilә bağlı imkan yaranacağı tәqdirdә
                  getmәyә qәrar vermişәm. Hәlәlik isә Әli bәy Hüseynzadә 304
                  ilә Sәlim bәy Behbudov 305  (başqa adam tapa bilmәdiyimizdәn)
                  gedirlәr. Eyni zamanda siyasi iqtisad vә beynәlxalq hüquq
   187   188   189   190   191   192   193   194   195   196   197