Page 185 - design_Topcubashov_Full_Layout 1
P. 185

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           maliyyә ilә bağlıdır. Yaxşı bilirsiniz ki, mәn heç vaxt ictimai
           işlәri ictimai pullar hesabına görmәmişәm, hәmişә öz vәsaitimi
           xәrclәmişәm. Lakin indi şәxsi vәsaitim yoxdur. Bolşeviklәr
           әlimdә olan hәr şeyi alıblar. Xәrclәr isә son dәrәcә böyükdür
           vә qarşıda onların daha da artacağı gözlәnilir.
               Xudadat bәy Mәlik-Aslanov özü gördü ki, bir dәst bayır-
           bacaq kostyumu üçün 2050 rubl, bir yumşaq köynәk üçün
           140 rubl ödәdim. Qalan şeylәrin qiymәti dә bu nisbәtdәdir.
           Mәn sadә yaşamağa öyrәnmişәm. Lakin fövqәladә vә
           sәlahiyyәtli nazir adı adamı bәzi şeylәrә mәcbur edir. Bundan
                                                  290
           әlavә, üstәlik, katibim dә var (M.Vәkilov ). Bәs Vyanada
           vә Berlindә necә keçinәcәyәm? Axı yalnız hökumәt jurnalına
           baxanda guya tәmin olunmağımız tәsәvvürü yaranır. Ümumi
           işimiz xatirinә bu mәsәlәyә ciddi diqqәt yetirilmәsi vә
           tezliklә hәllini tapması vacibdir. Bundan başqa, xahiş edirәm,
           öhdәmdә böyük ailә olduğunu da unutmayasınız.  Ailә
                                           291
           üzvlәrim indi  Yelenendorfdadırlar . Tәbii ki, onların da
           yaşayış üçün müәyyәn vәsaiti olmalıdır. Mәn 23 avqust       185
           sәrәncamını 292  yaxşı xatırlayıram, inanıram ki, ailәm lazımi
           qaydada tәmin edilәcәk. Yeri gәlmişkәn, bura kuryer göndәrәsi
           olsanız, lütfәn, ailәm barәdә dә xәbәr verin. Çünki mәnimlә
           birbaşa әlaqә imkanından mәhrumdurlar. Әlavә etdiyim
           mәktubları şәxsәn göndәrmәk Sizin üçün çәtindirsә, qubernator
           İbrahim ağa  Vәkilov 293  vasitәsi ilә çatdırmağınızı xahiş
           edirәm.
               Sizә vә hökumәtin bütün tәrkibinә salam göndәrir, hamını
           qarşıdan gәlәn Qurban bayramı münasibәti ilә tәbrik edirәm.
           Dünәn İstanbuldan gәtirilәn tәzә qәzetlәri göndәrirәm.


                                               Sizin Ә.Topçubaşov

                 Aзербайджанская Республика. Внешняя политика.
                           Документы и материалы. 1918–1920 гг.
                                              Баку, 1998, с. 24–26.
   180   181   182   183   184   185   186   187   188   189   190