Page 186 - design_Topcubashov_Full_Layout 1
P. 186

Ә.TOPÇUBAŞOVUN
                             FӘTӘLİ XAN XOYSKİYӘ
                                      MӘKTUBU
                                                                   Batum
                                                (sentyabrın 20-dәn sonra)

                     Çox hörmәtli Fәtәli xan!
                     Bu gün axşam saat 5-dә, nәhayәt, mәni İstanbula aparacaq
                  türk gәmisi yola düşür. Deyilәnlәrә inansam, 5–6 gündәn
                  sonra orada olacağam. Gәncәni tәrk etdiyim vaxtdan artıq
                  bir ay keçdiyinә görә aşağıdakı mәlumatları çatdırmağı
                  mәqsәdәuyğun sayıram. Gәncәdәn avqustun 23-dә çıxdım,
                  avqustun 24-dә gündüz saat 3-dә Tiflisә çatdım vә dәrhal
                  Batuma teleqram vurub hәr hansı ilk gәmi (hәtta yük-
                  sәrnişin) haqda mәlumat göndәrilmәsini xahiş etdim. Müxtәlif
                  şәxslәr vasitәsi ilә (bir nәfәr türk zabiti, Xudadat bәy Mәlik-
         186      Aslanov, Cәfәrov vә b.) dәfәlәrlә mәlumat almağa cәhd
                  etsәm dә, hәr dәfә gәminin hәlә gәlmәdiyini deyirdilәr.
                  Nәhayәt, sentyabrın 3-dә Әbdül Kәrim paşa (Gürcüstan
                  hökumәti yanında nümayәndә) mәnә teleqram gәtirdi.
                  Teleqramda deyilirdi ki, hәlә gәmi yoxdur, amma gәlişi
                  barәdә mәnә dәrhal xәbәr verilәcәk. Bundan sonra da işsiz-
                  gücsüz burada qalmağımın heç bir әhәmiyyәti olmadığını
                  anlayıb, Batumdan alınacaq xәbәri gözlәmәdәn sentyabrın
                  5-dә gecә ilә  Tiflisdәn çıxdım vә sentyabrın 7-dә gecә
                  mәnzil başına çatdım. Hәmin gündәn indiyә qәdәr İstanbula
                  bir gәmi dә getmәyib. Yalnız sentyabrın 14-dә bir-birinin
                  ardınca “Şam” vә “Gülnar” gәmilәri limana yan aldılar.
                  Onlardan sonuncusu sәrnişin gәmisidir, bu axşam yola düşür.
                  Sentyabr әrzindә İstanbula yollanacaq ilk gәmidir vә mәn
                  dә onunla sәfәrә çıxıram.
                     Bakının alınması 294  münasibәti ilә tәbriklәrimi çatdırıram.
                  Bu barәdә mәnә Әsәd paşa sentyabrın 16-da yavәri ilә xәbәr
   181   182   183   184   185   186   187   188   189   190   191