Page 160 - design_Topcubashov_Full_Layout 1
P. 160
Əlimərdan bəy Topçubaşov
Gördüyünüz kimi, imperator fәrmanlarının vә yuxarıda
adlarını çәkdiyim digәr hökumәt aktlarının doğurduğu
ümidlәrә baxmayaraq, müsәlmanlar üçün, әslindә, daha da
kәdәrli vәziyyәt yaranmışdır!
İndi bütün nәzәrlәrimiz Dövlәt Dumasına, xüsusәn dә
oradakı nümayәndәlәrimizә dikilib. Kәdәr hissi ilә qeyd etmәk
lazım gәlir ki, 3 iyun qәrarı ilk növbәdә müsәlmanların
maraqlarına ağrılı zәrbә vurdu. I Dövlәt Dumasındakı 23, II
Dövlәt Dumasındakı 36 deputat әvәzinә, III Dövlәt Dumasında
müsәlmanların 10, indi isә daha az – cәmisi 7 nümayәndәsi var.
Dövlәt Dumasında daha çox deputata malik olmaq sadә
bir arzu deyildir. Hәyat özü deputat sayının ixtisara
salınmasının, müsәlman әhalinin yaşadığı bir sıra әyalәtlәrin
isә Dövlәt Dumasında yerli-dibli tәmsil olunmamasının
müsәlmanlara nә qәdәr ağır tәsir göstәrdiyinә şahidlik edir.
Misal üçün, indiki qurultayımızda qәbul edilәn müsәlman
ruhani idarәsinin tәsis olunması ilә bağlı layihәni götürәk.
160
Hәtta bizim çoxlarımız üçün dә Türküstan vә qırğız vilayәtlәri
nümayәndәlәrinin burada verdiklәri mәlumatlar tam yeni
idi. Bәs başdan-başa islam dininin davamçılarının
mәskunlaşdıqları bu әyalәtlәrin din işlәri ilә bağlı mәsәlә
әvvәl komissiyada, sonra isә Dövlәt Dumasının iclasında
müzakirәyә çıxarılan zaman vәziyyәt haqda kim hәqiqi vә
dolğun mәlumat verәcәk? Bu şәrait adı çәkilәn vilayәtlәrin
Dövlәt Dumasına öz nümayәndәlәrini seçmәsinin zәruriliyini,
hәm dә hәyati zәruriliyini bir daha tәsdiq edir. Yalnız belә
şәraitdә onlar özlәri mәnsub olduqları bölgә xalqının
mәnafeyini müdafiә edә bilәrdilәr. Siyasәtә qarışmadan biz
bir daha Türküstana vә qırğız vilayәtinә, habelә Zakaspi
әyalәtinә dumada öz nümayәndәlәri ilә tәmsil olunma
hüququnun verilmәsi zәruriliyini ifadә edirik. (Alqışlar.)
İndi isә icazә verin, aşağıdakı mәsәlәlәr üzrә qәtnamәlәr
hazırlamağı sizә tәklif edim: