Page 158 - design_Topcubashov_Full_Layout 1
P. 158

Əlimərdan bəy Topçubaşov


                  olmazsa, indiki müsәlman qurultayının gündәliyindә dayanan
                  mәsәlәlәrә diqqәt yetirin. Diqqәt etsәniz, mahiyyәt etibarilә
                  burada müzakirә etdiyimiz problemlәrin heç biri yeni deyil.
                  Onlar artıq çoxdan, hәm dә yalnız müsәlmanlar deyil,
                  hökumәt, hәtta ali hakimiyyәt tәrәfindәn dә gündәliyә
                  çıxarılıb.
                     İcazә verin, yadınıza salım. Әlahәzrәt hökmdarın 12
                  dekabr 1904-cü il tarixli fәrmanına  260  әsasәn, dövlәt
                  idarәçiliyinin tәkmillәşdirilmәsi istiqamәtindәki digәr ilkin
                  şәrtlәr sırasında tәfriqәçilәrin (raskolniklәrin) hüquqlarını
                  tәnzimlәyәn qanunlara yenidәn baxılması tәlәbi ilә yanaşı,
                  digәr din vә tәriqәtlәrә mәnsub dindarlarla bağlı da eyni
                  tәdbirlәrin görülmәsi zәruri vә tәxirәsalınmaz sayılmışdır.
                  Hansı din vә mәzhәblәrә mәnsubluğundan asılı olmayaraq,
                  onlara qarşı qanunda birbaşa nәzәrdә tutulmayan tәzyiqlәrin
                  aradan qaldırılması ilә bağlı inzibati qaydada müvafiq tәdbir
                  görülmәsinin zәruriliyi vurğulanmışdır (maddә 6). Başqa
         158      nümunә göstәrim. Dini dözümlülüyün әsaslarının möh -
                  kәmlәndirilmәsi haqda әlahәzrәt imperatorun imzaladığı 17
                  aprel 1905-ci il tarixli fәrmanının 261  15-ci maddәsindә deyilir:
                  “Mәhәmmәd ümmәtinә mәnsub tәbәәlәrin dini mәişәtinin
                  vacib tәrәflәri ilә bağlı qanun müddәalarının yenidәn nәzәrdәn
                  keçirilmәsi mәqsәdәuyğun sayılsın”. Xatırlatdığım ali mәqamlı
                  fәrmanlarda nәzәrdә tutulan dәyişikliklәr ovaxtkı Nazirlәr
                  Şurasının iclaslarında müzakirә olunmuş vә müzakirәlәr
                  nәticәsindә hazırlanan müddәalar әlahәzrәt imperator tәrәfindәn
                  22 fevral vә 1 mart 1905-ci il tarixli fәrmanlarla tәsdiq edil -
                  mişdir. Nazirlәr Şurasının hәlә o zaman hazırladığı müddәalarda
                  indiki qurultayımızın mәşğul olduğu mәsәlәlәrin qәbul
                  edilmәsi ardıcıllığı gündәliyә çıxarılmışdı. Biz Şimali Qafqaz
                  vә Türküstanda yeni müsәlman ruhani idarәlәrinin qurulmasının
                  zәruriliyi ilә bağlı dәlil-sübutlar gәtirdiyimiz bir vaxtda
                  yuxarıda adını çәkdiyim ali dövlәt qurumu da hәmin mәsәlәlәri
                  ön plana çәkmişdi. Eyni sözlәri mәscid binalarının tikilmәsi,
   153   154   155   156   157   158   159   160   161   162   163