Page 154 - design_Topcubashov_Full_Layout 1
P. 154

Əlimərdan bəy Topçubaşov


                  nәticәsindә müsәlman mәdәniyyәt ocaqları tәdricәn süquta
                  uğrayıblar, fәaliyyәtlәrini dayandırmalı olublar. Müsәlman
                  әhalinin dәfәlәrlә müraciәt vә xahiş etmәsinә baxmayaraq,
                  bağlananların yerinә yenilәri açılmayıb. Digәr tәrәfdәn, rus
                  tәbәәsi olan vә ruhani tәhsili almaq fikrinә düşәn müsәlmanlar
                  hәmin niyyәtlә qonşu dövlәtlәrә üz tutublarsa, vәtәnә
                  qayıdandan sonra onların din işlәrindә çalışmalarına imkan
                  verilmәyib vә bu gün dә verilmir.
                     Belәliklә, anormal vә çıxılmaz vәziyyәt yaranıb: bir
                  tәrәfdәn dini tәdris müәssisәlәrinin açılmasına icazә vermirlәr,
                  o biri tәrәfdәn isә xaricdә dini tәhsil alanları ruhani vәzifәlәri
                  tutmağa qoymurlar.
                     Belә olan şәraitdә, icazә verin, soruşaq: zәruri tәlәblәrә,
                  az da olsa, cavab verәn din xadimlәri harada yetişә bilәrlәr
                  vә yetişmәlidirlәr?
                     Ona görә dә müsәlman dini tәdris müәssisәlәrinin açılması
                  indi müsәlman işlәrindә әn hәyati vә tәxirәsalınmaz
                  mәsәlәlәrdәn biri sayılır. Artıq hökumәt dә bunun zәruriliyini
         154      başa düşür. Әn azı әlahәzrәt imperatora tәqdim etdiyi geniş
                  hesabatda Qafqaz canişini çoxdan vaxtı çatmış mәsәlәyә
                  münasibәtdә öz fikrini aşağıdakı şәkildә bildirir:
                     “İndiyә qәdәr müsәlman mollalarının tәhsili mәsәlәsinә
                  yerli-dibli diqqәt yetirilmәyib. Hәm dә bu zaman belә mәntiq
                  әsas tutulub ki, hakim din sayılmayan islamın ardıcıllarının
                  – müsәlman әhalinin din xadimlәri ilә tәmin olunması
                  qayğısını hökumәt öz üzәrinә götürmәmәlidir”. Mәsәlәnin
                  bu şәkildә qoyulması ilә razılaşmayan canişin hәzrәtlәri
                  hesab edir ki, bilikli mollalar hazırlanmasının “vaxtı çatıb
                  vә o, mühüm mәsәlәdir”.
                     Belәliklә, görürük ki, müsәlmanlara münasibәtdә dini
                  dözümlülüyün guya geniş tәtbiqi barәsindә danışmağa
                  qәtiyyәn әsas yoxdur. Әksinә, yeni mәscidlәrin tikilmәsi
                  zamanı bizә hәr cür maneçilik törәdilir, dini tәdris
                  müәssisәlәrinin açılmasına imkan verilmir, din xadimlәri
                  hәr vasitә ilә hörmәtdәn salınır vә alçaldılır, mәktәb vә
                  mәdrәsәlәrdә çalışan müәllim vә müdәrrislәr tәqib olunur,
   149   150   151   152   153   154   155   156   157   158   159