Page 151 - design_Topcubashov_Full_Layout 1
P. 151
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Elә isә, bәs o zaman Rusiyanın Әsas Qanununda (maddә
66, 67; I cild, I hissә) öz әksini tapmış genişmiqyaslı dini
dözümlülük necә olsun? Göstәrilәn maddәlәrә görә, bütün
rus tәbәәlәri din azadlığı hüququna malikdir. Bu azadlıq
yalnız pravoslavlara, yәni ümumәn xristianlara deyil, eyni
dәrәcәdә müsәlmanlara, yәhudilәrә vә bütpәrәstlәrә dә şamil
edilir. Dini dözümlülüyә eyni geniş yanaşma tәrzi xarici
mәzhәblәrin – xristian sektalarının vә başqa dinlәrә, o
cümlәdәn islama iman gәtirәnlәrin ruhani mәsәlәlәrini
tәnzimlәyәn nizamnamәdә vә dini müәssisәlәr haqqında
külliyyatda da öz әksini tapmışdır (XI cildin 1-ci vә 2-ci
maddәlәri, I hissә).
İşin mahiyyәtinә varanda isә aydın olur ki, bütün bu
gözәl, humanist prinsiplәr yalnız kağızda yazılıb, tәcrübәdә
isә hәyata tәtbiq edilmәdәn elә kağız üzәrindә dә qalır. Hәr
bir müsәlman gün әrzindә özünün beş rükәt namazını qıla
bilәr. Bu işә heç bir maneçilik yoxdur vә ola da bilmәz.
Çünki kim insanın öz vicdanı ilә bağlı daxili mәsәlәsinә 151
müdaxilә edә bilәr?
Lakin din azadlığını vә dini ayinlәrin yerinә
yetirilmәsindәki sәrbәstliyi yalnız bununla mәhdudlaşdırmaq
olarmı? Axı mәzhәb azadlığı vә dini ayinlәrin icrasındakı
sәrbәstliyi tәmin etmәk üçün bir sıra daxili vә xarici şәrtlәrin,
amillәrin, habelә müәssisәlәrin mövcudluğu zәruridir. Bunlar
olmadığı tәqdirdә hәmin azadlığın sәviyyәsi dә sıfıra enir.
(Yerdәn sәslәr: Doğrudur!)
Mәscidlәrin inşasının texniki çәtinliklәrdәn daha çox
mәhz dini-siyasi xarakterli ciddi problemlәrlә bağlı olduğu
bir şәraitdә hansı din azadlığından vә dini ayinlәrin icrasındakı
sәrbәstlikdәn söhbәt gedә bilәr?
Din azadlığının vә dini ayinlәrin sәrbәst icra olunmasının
başlıca şәrtlәrindәn biri, möminlәrin tәlәblәrinin ödәnilmәsi
baxımından bu vә ya digәr dәrәcәdә hәmin şәrtlәrә cavab
verәn ruhanilәrin olmasıdır. Bizim Rusiya müsәlmanlarının