Page 146 - design_Topcubashov_Full_Layout 1
P. 146
Ә.Topçubaşovun Rusiya müsәlmanlarının IV
qurultayında 252 nitqi
25 iyun 1914-cü il
Peterburq
Mәrhәmәtli cәnablar!
Qurultayın rәyasәt heyәti tәrәfindәn mәnә hәvalә olunmuş
vәzifәni – müzakirәyә çıxarılan mәsәlәlәrin bәzilәri ilә bağlı
qәtnamәnin qәbulunu tәklif etmәzdәn әvvәl, izninizlә,
ümumәn hәmin qәtnamәnin müddәalarını әn azı özümüzә
aydınlaşdırmaq üçün müsәlmanların, xüsusәn dә onların
ruhani idarәlәrinin vәziyyәti üzәrindә dayanmaq istәrdim.
Bu mәnada sözlәrimә indiki qurultayımıza müraciәtlә
başlamaq yerinә düşәrdi. Güman edirәm ki, hamınız – bütün
146 iştirakçılar fikrimә şәrik çıxarsınız. Qurultay iclaslarının
zahiri işgüzarlığına baxmayaraq, bütövlükdә toplantımızın
özünün baş tutması ümumәn bir çox şәrtlәrә bağlanmışdı.
Belә şәrtlәrin mövcudluğu әvvәldәn sona qәdәr bütün
iclaslarımızın gedişinә müәyyәn rәng qataraq hәr birimizin
üzәrindә ortadakı anlaşılmazlığın ağır izlәrini buraxdı. Bu
barәdә nisbәtәn açıq danışmaq istәyirәm. Әn çәtin mәsәlә,
hәtta deyәrdim ki, dәhşәtli hiss müsәlmanların sanki bilәrәkdәn,
şüurlu surәtdә öz dәrd-sәrlәrinә biganә qalmaları, ona arxa
çevirmәlәri, bir sözlә, üzlәşdiklәri problemlәrlә maraq -
lanmamalarıdır. Bu gün – qurultayın sonuncu günü bir-
birimizdәn ayrılıb evlәrimizә mәhz hәmin hissin tәzyiqi vә
ağırlığı altında dönәcәyik. Әlbәttә, qayıdandan sonra hәr
kәs toplantıdan aldığı tәәssüratları yaşadığı bölgәnin insanları
ilә bölüşәcәk. Vә tәbii ki, hәr birimiz bu addımı atmamışdan
әvvәl öz-özümüzә cavabını sona qәdәr aydınlaşdıra bilmә -