Page 149 - design_Topcubashov_Full_Layout 1
P. 149

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           yaxın qoymadılar. Müsәlman әhalinin nümayәndәsinә bu
           yaxınlarda Peterburqda öz işinә başlayan idarәlәrarası
           müşavirәnin üzvlәri arasında da tәsadüf olunmur. Burada da
           haqqımızda özümüzü dinlәmәdәn danışmağı daha üstün
           tuturlar.
               Belә çıxır ki, müsәlmanlarla bağlı söhbәt gedir, bizimlә
           maraqlanırlar, hәyatımızı hansısa şәkildә qurmaq istәyirlәr.
           Amma eyni zamanda bütün bu mәsәlәlәrlә әlaqәdar
           fikirlәrimizi eşitmәk istәmirlәr, işlәrimizin gedişi ilә bağlı
           nә düşündüyümüzә әhәmiyyәt vermirlәr. Burada olmuş bir
           әhvalatı xatırlatmaya bilmirәm: Zaqafqaziya müsәlmanları
           nümayәndәlәrinin vasitәçiliyi ilә 1905-ci ildә Nazirlәr
                                 1
           Şurasının keçmiş sәdrinә petisiya verәndә sonuncu çiyinlәrini
           çәkib demişdi: “Müsәlmanların hüquqlarının bu dәrәcәdә
           mәhdudlaşdırıldığını birinci dәfәdir ki, eşidirәm”.
               Bizi tәk saya salmamaqla kifayәtlәnmir, hәm dә yerli-
           dibli inanmırlar. Bunun da başlıca sәbәbi – müsәlman
                                                                       149
           olmağımızdır. Dini mәnsubluğa xüsusi önәm verilmәsindәn
           irәli gәlәn belә yanaşma tәrzi hökumәtin islam dininin
           ardıcıllarına münasibәtindәn qırmızı xәtt kimi keçir. Nәticәdә
           belә çıxır ki, biz müsәlmanlar ümumi vәtәnin oğulları vә
           vәtәndaşları deyilik, sadәcә elә adi müsәlmanıq, islam
           ümmәtiyik, ölkәnin ögey övladlarıyıq.
               Ancaq bizә bәslәnәn belә münasibәt nә dәrәcәdә әdalәtli
           vә düzgündür?
               Özünü tәriflәmәk, әslindә, çәtin vә xoşagәlmәz işdir,
           bu, öz yerindә. Qurultayımızda Krım tatarlarının, Volqaboyu
           tatarlarının, başqırdların, qırğızların vә b. mәlumatlarını
           dinlәdiniz. Eşitdiklәrimizdәn dә göründüyü kimi, ümumi
           vәtәnimizin başı üzәrini xarici tәhlükә alanda Rusiya
           müsәlmanları heç vaxt heç bir tәsadüfdә ölkә әhalisinin


           1  Hәmin dövrdә Rusiya imperiyası Nazirlәr Şurasının sәdri S.Y.Vitte (1849–
           1915) idi. (Tәrc.)
   144   145   146   147   148   149   150   151   152   153   154