Page 148 - design_Topcubashov_Full_Layout 1
P. 148
Əlimərdan bəy Topçubaşov
bundadır ki, indiki halda hәmin ehtiyac vә çatışmazlıqlar
haqda ilk növbәdә hökumәtin eşitmәsini istәyirdik.
Düşdüyümüz vәziyyәt barәdә bütün rus cәmiyyәti ilә danışmaq
istәyirdik. Vә hәmin fikrimizdәn hәlә dә daşınmamışıq.
Yeri gәlmişkәn, müsәlmanların belә saya salınmamalarını
hәlә o zaman – bizә, bәlkә dә, ilk dәfә ehtiyaclarımız barәdә
söz açmağa imkan yarananda görmüşdük. Burada son dövrün
әn mühüm hadisәlәrindәn birini – çarın imzaladığı 1905-ci
il 18 fevral fәrmanını 253 xatırlatmaq istәrdim. O zaman
hakimiyyәtin әn uca zirvәsindәn – taxt-tac adından bütün
xalqlara, cәmiyyәtlәrә, tәbәqәlәrә, silklәrә müraciәt olundu.
Onlar hamısı Nazirlәr Şurasının timsalında hökumәtin yüksәk
mәnsәb sahiblәrinә öz ehtiyacları haqda danışmağa dәvәt
edildilәr. Onlara dövlәt quruluşunun tәkmillәşdirilmәsi,
xalqın rifah halının yaxşılaşdırılması ilә bağlı fikir vә
düşüncәlәrini hökumәtlә bölüşmәk tәklif olundu. Tәbii ki,
biz müsәlmanlar da yüksәk çağırışa sәs verdik. Ölkәnin
148 iyirmi milyonluq müsәlman әhalisi, müxtәlif әyalәtlәrin
sakinlәri rәsmi dairәlәrә 500-dәn artıq petisiya tәqdim etdi.
Hәmin sәnәdlәrdә müsәlmanlar ürәklәrinin dәrdini açırdılar,
din, maarif, iqtisadiyyat, hüquq baxımından ölkә hәyatındakı
açıq-aşkar çatışmazlıqları, qüsur vә nöqsanları ortaya
qoyurdular.
Bәs nәticәsi nә oldu? Xatırlatdığım petisiyalar o zaman
mәrhum qraf İqnatyevin 254 sәdrlik etdiyi Xüsusi müşavirә
tәrәfindәn yaxın günlәrdә Peterburqda dünyadan köçәn,
zamanında islam alәminin bilicisi kimi ad çıxarmış
Çerevanskiyә 255 verildi. Әgәr mәrhumun ruhunu narahat
edirәmsә, Allah günahımdan keçsin. Lakin açıq demәliyәm
ki, müsәlmanların hökumәtә ünvanladıqları yüzlәrlә petisiya
Çerevanski tәrәfindәn sadәcә lağlağı hәdәfinә çevrildi, biz
onların heç bir nәticәsini görә bilmәdik. Çoxsaylı xahiş vә
iltimaslarına mәhәl qoymayaraq, bir müddәt sonra
müsәlmanları adı çәkilәn Xüsusi müşavirәyә, ümumiyyәtlә,