Page 143 - design_Topcubashov_Full_Layout 1
P. 143

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           1200 rubldan qalıq – 281 rubl. Hәmin mәblәğ yarıbayarı iki
           yerә bölünür. 1909-cu ilin iyun vә iyul ayları üçün 1000 rubl
           alınması barәdә qәbz (karandaşla). Birgә sәfәrin son günü.
           Sonuncu birgә nahar, sәfәrdәn aldığımız zövq vә minnәtdarlıq
           hisslәrinin qarşılıqlı ifadәsi. “Feci quod potui meliora potents
           a cetere” (latın qanadlı ifadәsi; әslindә: “Feci quod potui
           faciant meliora potentes” olmalıdır; mәnası: “Mәn bacardığımı
           elәdim, qoy başqaları bu işi mәndәn daha yaxşı görsünlәr” –
           Tәrc.) mövzusunda nitq. Sәfәr imkanlarının qarşılıqlı şәkildә
           qiymәtlәndirilmәsi vә çoxcәhәtli әhәmiyyәtinin vurğulanması.
           Gündüz saat 3-dә Kazana gәliş, tatar qәzetlәrinin vә deputatlar
           haqqında kitabın alınması. “Sizin ikinizin dә bu kitabda 243
           şәkliniz var!” – deyә qışqıran tatar uşağı. Birlikdә keçirdiyimiz
           axırıncı dәqiqәlәr, sonrakı yazışmalarla bağlı qarşılıqlı
           tapşırıqlar. Ünvanların mübadilәsi vә s. Qucaqlaşma, öpüşmә.
           Gәmi saat 17-dә yola düşdü. 5 saylı kayut. Mәktubların
           yazılması, yol qeydlәrinin nәzәrdәn keçirilmәsi, tәәssüratların
           bir daha yada salınması.  Tanışlıqlar.  Tәklikdә gecә çayı.
           Mәdә pozğunluğu, narahat yuxu. Әşyalarıma hәbs qoyulması.   143
           Qubernatorun yanına dәvәt.

               31 iyul
               Nasazlıq, mәdә pozğunluğu. Yemәkdәn imtina. Çamadanın
           vә digәr әl baqajlarının yığışdırılması. Qәzetlәrin oxunması.
           Göyәrtәdә gәzinti. Qeydlәr aparılması, kağızlarımın,
           etibarnamәlәrin, qaralamalarımın, duma materiallarının vә
           s. sahmana salınması. Ailә, uşaqların gәlәcәyi, onların tәlim-
           tәrbiyәsi, maddi tәminatı ilә bağlı qayğılı fikirlәr. Müsәlman
           fraksiyası, ümumәn müsәlmanlar, Qafqaz haqqında düşüncәlәr.
           Beynimdә hәr şey bir-birinә qarışdı vә heç özüm dә nә
           zaman Morfeyin   244  ağuşuna düşdüyümü hiss etmәdim.
           Gündüz yuxusu belә olur.  Axşamüstü saat 5-dә Nijniyә
           gәliş. “Moskovskoe podvorye” mehmanxanası. Boş nömrә
           ol madığından iki saat sonra gәlmәyimi istәyirlәr. İskәn -
           dәrovaya 245  qonaq olmağım. Mәdәmdә problem. “Moskovskoe
   138   139   140   141   142   143   144   145   146   147   148