Page 138 - design_Topcubashov_Full_Layout 1
P. 138

Əlimərdan bəy Topçubaşov


                  Onunla birlikdә sәhәr yemәyi. Şәhәrdә gәzinti, Aqafurovun
                  mağazaları, anbarları, yeni tikdirdiyi evlә tanışlıq. Mәnzilindә
                  14 nәfәrin iştirakı ilә toplantı. Söhbәt, Orenburq qәrarının
                  oxunması, yerli fәalların ona qoşulması, öz qәtnamәlәrinin
                  hazırlanması vә imzalanması, habelә Zaynetdin Aqafurovun
                  sәdrliyi ilә 5 nәfәrdәn ibarәt komissiyanın seçilmәsi.
                  Aqafurovun yay evinә gediş. Xaritonov bağında başa çatan
                  şam yemәyi, “Pale Royal” hotelindә qәhvә. Eşitdiyim tatar
                  dili nümunәsi: “Min toje xotel vakzalqa baram, no tolko
                                         223
                  sojalet bulqan, ne uspel” .

                     16 iyul
                     Muxtarova qonaqpәrvәrlik vә diqqәtinә görә minnәtdarlıq
                  teleqramı. Yekaterinburq müsәlmanlarının kağızının surәtini
                  әlavә etmәklә Kәrimova mәktub. Aqafurovu ziyarәt. Şәhәrdә
                  gәzinti, qranil fabriki ilә tanışlıq. Nahar, alış-veriş, çamadanların
                  qablaşdırılması, gecә saat 1-dә Permә yola düşmә.
         138      Z.Aqafurovla telefon danışığı. Permli alverçi qoca.


                     17 iyul
                                                    224
                     Monoton meşә yolu. Motovilixa . Gündüz saat 3-dә
                  Permә gәliş. Aqafurovun kürәkәni, Perm xeyriyyә cәmiyyәtinin
                  sәdri Cahanşah Qubaydullinlә 225  görüş. Klub nömrәlәrindә
                  şәrait (6 vә 10). Genişdir, hәr cür rahatlıq yaradılıb, koridor
                  enlidir, lakin nәmişlik var. Klub bağında nahar. İngilis çayı.
                  Cahanşah Qubaydullin vә onunla planın müzakirәsi. Molla
                  Bayçurini 226  ziyarәt. Baş mollanın dәvәti vә mәnim boyun
                  qaçırmağım. Şәhәr bağında.


                     18 iyul
                     Şәhәrdә gәzinti (Aqafurovların mağazaları vә s.). Limanda.
                  Klub bağında nahar. Bayçurini, habelә xeyriyyә vә iqtisadiyyat
                  cәmiyyәtinin sәdri Qismәtulla Qeynullini 227  ziyarәt. Yerli
                  müsәlmanların hәyatı barәdә söhbәt (qocalarla cavanların
   133   134   135   136   137   138   139   140   141   142   143