Page 134 - design_Topcubashov_Full_Layout 1
P. 134

Əlimərdan bəy Topçubaşov


                  Tevkelov vә Sırtlanovla müzakirә. Kutuzov tәrәfindәn nahara
                  dәvәt olunmağımız vә imtina etmәyimiz. Seydalini 204  ziyarәt
                  vә onunla qırğız mәsәlәsi haqda söhbәt (Canturinin atasının
                  göndәrdiyi teleqrama әsasәn, o, iyulun 20-dә qırğızları
                  bizimlә görüşә dәvәt edib). Yauşev, Әhmәrov vә başqaları
                  ilә görüş. Saat 5-dә atlarla  Troitskdәn Yauşevin xutoruna
                  yola düşmә. Sәkkizin yarısında mәnzil başına çatmağımız.
                  Pobedintsevlәrdәn 205  satın alınmış böyük bağçası vә bütün
                  zәruri xidmәtlәri olan malikanә (tam şәraitә malik 32 otaq,
                  gözәl yataqlar, hәrәyә bütün rahatlığı ilә ayrıca otaq, geniş
                  koridor, nәhәng zal vә yemәk salonu; lakin ayaqyolunda su
                  yoxdur, hәr tәrәf çirk içәrisindәdir). Bizdәn vә Sırtlanovdan
                  başqa, şәhәr başçısı,  Vәliyev, dairә mәhkәmәsinin üzvü
                  Qorbaçevski 206  dә orada idi. Sonuncu ailәsi ilә birlikdә bütün
                  yayı ayrıca fligeldә yaşayır.  Terrasda çay süfrәsi. Gözәl
                  axşamdır. Digәr qonaqların gәlişi. Bağda gәzinti vә Yauşevlә
                  büronun işinin tәşkili, ona mütlәq mәnim rәhbәrlik etmәyim
         134      vә tәklifin Oskar Sırtlanov tәrәfdәn dә mәqbul sayılması
                  barәdә söhbәt. Danışmaqdan doymayan hakimin iştirakı ilә
                  şam yemәyi. Oskar yenә dә özünü soyadına uyğun aparırdı.
                  Gec, üstәlik dә şampan şәrabı ilә başa çatan şam yemәyi.


                     9 iyul
                     Xutorda sәhәr çayı. Qoyub gәldiyim әşyalarla bağlı
                  Çelyabinskә tәcili teleqram. Qәtnamәnin tәrtibi vә Vәliyevә
                  tapşırıq verilmәsi. Külәkli hava.  Tevkelovla söhbәtimiz.
                  Tevkelovun Yauşevlә yeni söhbәti. Yeri gәlmişkәn deyim ki,
                  Yauşev özü sәfәr xәrclәrinin çәkilmәsindә iştirak arzusunu
                  dilә gәtirdi. Oskar da bunu tәsdiq etdi. Yola çıxmamışdan
                  әvvәl sәhәr yemәyi. Yәqin ki, bu, Yauşevin bizә diqqәt vә
                  xoş münasibәtinin ifadәsidir. Saat 13.10-da atlarla Çelyabinsk
                  yolçuluğunun başlanması. Hava istidir. Belә havada yol
                  getmәk ürәkaçan iş deyil. Sonra yağış çilәdi vә hava sәrinlәşdi.
                  Qatara yetişmәk üçün atları çox bәrk qovurdular. Hamıdan
   129   130   131   132   133   134   135   136   137   138   139