Page 132 - design_Topcubashov_Full_Layout 1
P. 132
Əlimərdan bəy Topçubaşov
4 iyul
Gündüz saat ikinin yarısında Ufadan yola düşmә. Yola
salırdılar: Canturin vә Timurov. Oskar Sırtlanovun da mәnә
qoşulması. Tümenlә bağlı Timurova tapşırıq verilmәsi. İkinci
dәrәcәli dәmir yolu biletlәrinin birinci dәrәcәliyә dәyişdirilmәsi.
Dәmiryol xәtti, gözәl mәnzәrәlәr, dağlar, yolun müxtәlif
184
yerlәrdә burulması, Sim çayı. Balaşovların malikanәsi .
185
Minyar zavodları . Zlatoust şәhәri. Avropa ilә Asiyanın
sәrhәdindәki sütun . Asiya sağ tәrәfdә, Urjum çayının
186
arxasında qalır, hәr tәrәf ağ rәngdәdir, gözәllik azdır vә
mәnzәrә heç dә möhtәşәm deyil.
5 iyul
Çelyabinskә gәliş. Әşyalarımın bir hissәsini yanında
qoyduğum Yauşevin 187 adamı. Üç at qoşulmuş iki tarantas.
Oturacaq yeri ilә bağlı vurnuxma. Zınqırovlar. Faytonçular
(gәncdirlәr). Ara yollarla gedirik, lakin yağış yağdığından
toz yoxdur. 2 ekipaj üçün 17 rubl ödәniş. Üçatlı tarantasa
132
hәr verstә görә 12 qәpik. Çelyabinskdәn Troitskә qәdәr 128
verst yoldur. Ural kazaklarının stanitsaları. Xüsusi sәliqә-
sahmanla salınmayıb, lakin әrazilәri böyükdür, taxılları
yaxşıdır. Yol hamardır, bәzi yerlәrdә pöhrәliklәrdәn keçir.
Yolçular üçün otaqlar. Kәnd şәraiti baxımından pis deyil.
Divarlardan “yapon qәhrәmanları”nın 188 şәkillәri asılıb.
Faytonçulara “çay pulu”. Sәhәr saat 08.45-dә yola çıxmışdıq,
Troitskә axşam saat 10-da çatdıq. İki saat yarımdan çox
vaxtımız çay içmәyә, atların dәyişdirilmәsinә vә s. sәrf
olundu. Әhmәrovun 189 dalınca adam göndәrilmәsi vә onun
cavabı. Şam yemәyi.
6 iyul
Troitskdә Betverovun nömrәlәri (1, 2 vә 4). Otaq böyükdür.
Amma hәr şey çürüyüb. Sәs-küy, intizamsız xidmәtçilәr.
Şәhәrә yolu düşәn qonaqlar üçün yeganә nömrәlәr bunlardır.
Әhmәrovu ziyarәt, onun son hadisәlәrlә bağlı mәlumat -