Page 135 - design_Topcubashov_Full_Layout 1
P. 135

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           çox Oskar hәyәcanlanırdı.  Yavaş sürsәlәr, arabaçıları
           güllәlәyәcәyi ilә hәdәlәyirdi. Bir sözlә, hәmişәki kimi aranı
           qarışdırırdı. O qәdәr dә arzu olunmayan hadisәnin tәhlili.
           Mәlum oldu ki, Oskar  Tümenә getmәyәcәk, yolda dönüb
           Ufaya qayıdacaq. Arabaçı-tatar, onun üç at qoşulmuş arabanı
           mәharәtlә idarә etmәsi, tәbiәtcә şәn adam olması, atları
           tәlәsdirmәsi vә gözәl fit çalması. Çelyabinskә saat 23.20-dә
           çatdıq. 125 verst yolu tәxminәn 9 saata qәt etmişdik. Lakin
           Oskarın qatarı artıq yola düşmüşdü. Yük-sәrnişin qatarında
           getmәyә mәcbur oldu. Onunla vidalaşdıq vә Troitskdә әldә
           olunmuş razılıq barәdә (mәblәğlә bağlı, hәm dә özünün
           düşündüyü kimi, 1,5 yox, 3 min!) mәlumat vermәyi xahiş
           etdik. Әşyalarımın Çelyabinsk vağzalına gәtirilmәsi. Stansiyada
           qәlyanaltı. Zakir Bikiyevin 207  qardaşı oğlu. Yauşevin xidmәtçilәri
           kömәk etdilәr. Saat 00.35-dә qatar Çelyabinskdәn yola düşdü.
           Möhkәm yuxu – at arabası ilә sәfәrin labüd nәticәsi kimi.
           Tümenә, Ufaya, Pyatiqorska vә Yekaterinburqa teleqramlar.
                                                                       135
               10 iyul
               Yekaterinburq vağzalına gәliş. Zaynetdin Aqafurovla 208
           görüş. Onunla işlәrimiz haqda söhbәt vә sәfәrin Perm hissәsi
           ilә bağlı müzakirә. Uşaqlara poçt açıqcalarının göndәrilmәsi.
           Tümenә yola düşmә.  Yol meşәlәrdәn keçir. Kamışlov,
           Mramorsk, Boqdanoviçdә uzunmüddәtli dayanacaqlar. Qatarda
           adam azdır. İlk Sibir şәhәrinә – Tümenә sәhәrә yaxın saat 3-dә
           çatdıq. İshak Muxtarov, Fәttah Kәmalәddinov vә başqaları
           xanımları ilә birlikdә qarşıladılar. Vağzaldan birbaşa “Ermitaj”
           hotelinә, Muxtarovun әvvәldәn bizә hazırladığı nömrәlәrә
           getdik. Xeyli uzun çәkәn vә yuxu bahasına başa gәlәn şam
           yemәyi.

               11 iyul
                                                                209
               Çox gec oyandıq. Ümumi yorğunluq. Musin ,
                                          211
                    210
           Murtazin , Zarapov,  Saydukov , Mirşanov   212  vә b. ilә
   130   131   132   133   134   135   136   137   138   139   140