Page 139 - design_Topcubashov_Full_Layout 1
P. 139
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
maarif mәsәlәsinә münasibәtdә qarşıdurması). Cahanşah
Qubaydullinin yanında toplantı. İbrahim Hacı Timkinin 228
Dövlәt Dumasından narazılığı. Ümumi mövzularda söhbәtlәr.
Orenburq qәrarının vә digәr şәhәrlәrin qәtnamәlәrinin
oxunması, yerli sakinlәrin onlara qoşulması, yerli qәtnamәnin
hazırlanması vә imzalanması, İbrahim Hacı Timkin (sәdr),
Cahanşah Qubaydullin (müavin), Murtuza Timkin, Qeynullin,
Bayçurin vә b. ibarәt komissiyanın yaradılması. Üstündәn
229
sükutla keçilәn mәblәğ mәsәlәsi . Lakin ümid çox azdır.
Tevkelovun Kazandan teleqram alması vә şәxsi işlәrinә görә
getmәyinin zәruri olduğunu bildirmәsi. Bu mәsәlәnin “Qriqori
Kaminski” gәmisindә, sonra isә gecә saat 3-ә qәdәr
mehmanxana nömrәsindә müzakirәsi. Tәcili teleqram
göndәrilmәsi vә orada Petropavlovska yola düşmәk qәrarının
verildiyinin bildirilmәsi. Bu barәdә Pyatiqorska teleqram.
19 iyul
139
Yola hazırlıq. Murtuza Timkinin yanında sәhәr çayı.
Söhbәt. Onun, Qeynullinin vә başqalarının vağzala yola
salınmaları. Yekaterinburqdan vә Çelyabinskdәn keçәrәk
saat 12-dә Petropavlovska yola düşmә. İkinci dәrәcәli vaqon.
Hәr şeylә maraqlanan gәvәzә polkovnik.
20 iyul
Әsәblәr. Sübhçağı saat 5-dә Yekaterinburqda. Gәlәcәyin
Mahmud bәyi – Menzelinskdәn 230 olan Nәbiulla. İki yaylığı
20 qәpik әvәzinә 35 qәpiyә satıb! Çelyabinskә gündüz saat
1-dә çatdıq. 6 nömrәli Sibir qatarı ilә Petropavlovska gediş.
Darıxdırıcı yoldur. İkinci dәrәcәli vaqon biletlәrinin 1-ci
dәrәcәyә dәyişdirilmәsi.
21 iyul
Sübhçağı Petropavlovska gәliş. Vağzalda qarşılanma:
Devlet-Qildeyev Yusif Hacının uşaqları ilә birlikdә 15 nәfәrә