Page 140 - design_Topcubashov_Full_Layout 1
P. 140
Əlimərdan bəy Topçubaşov
qәdәr adam. Çox xoş әhval-ruhiyyә vardı. Hәmzә Abduloviç
Tümenevin 231 şәxsi faytonunda onun evinә gәliş. Qarşı -
layanların hamısını, üstәlik, Mәmmәdcan Hacı Devlet-
Qildeyevi 232 vә b. ziyarәt. Hamı ilә birlikdә әvvәlcә çay
mәclisi, sonra nahar. Arasıkәsilmәz ziyarәtlәr vә söhbәtlәr.
Devlet-Qildeyevlә görüş. Bәrbәr vә hamam (özümü qaydaya
salmaq). Çay, yuxu, milçәklәr.
22 iyul
Mirheydәr Devletkildeyevin yanında Devlet-Qildeyev,
onun oğulları vә kürәkәni (Makzum?) ilә birlikdә sәhәr
çayı. Mәdrәsәyә, yaxınlıqdakı vәqf binasına, kitab dükanına
baxış. Ziyarәtlәr davam edir. Tevkelovun tәkbaşına cәnazәyә
gedişi. Mәhәmmәd bәy Hacı Devlet-Qildeyevin evindә
nahar. Tәxminәn 30 nәfәrdәn ibarәt böyük mәclis toplanmışdı,
ruhanilәrin sayı 6 nәfәr idi. Ümumi sәciyyәli söhbәtlәr.
Müftinin mәktubunun, Orenburq qәrarının, başqa yerlәrdә
qәbul olunmuş qәtnamәlәrin oxunması. Öz qәtnamәlәrinin
140 yazılması vә imzalanması. Mәclis vә ruhani xadimlәr.
Yusif Osmanovun sәdrliyi ilә 7 nәfәrdәn ibarәt komissiya.
Yol xәrclәri – 2 min rubl. Axund Yauşevi ziyarәt. (İrkutsk
yarmarkasında toplanmış 2 min rubl mәsәlәsi.) Mәscidlә
tanışlıq. Bir-biri ilә әlaqәsi olmayan qәzalarda ianә edilәn
pullar, ticarәt sәnәdlәri vә s. ilә bağlı hüquqi mәslәhәtlәr.
Petropavlovskdan olan Mәhәmmәdcan Beqişev 233 (mübahisә
234
aparan), Hafiz Әbdürrәşidov , Yusif İshakoviç Osmanov,
Hidayәtulla Carullin, Hәmzә Abdulloviç Tümenev, Lәtif
235
Bayazidov , Mustafa Devletkildeyev, Әmin Mustayev.
Osmanovu (bank müdiri) ziyarәt. Yola çıxmamışdan әvvәl
kumıs (qımız). Yola salanlar: Mustafa Devletkildeyev, Hafiz
Әbdürrәşidov vә b. Gecә saat 23.35-dә Sibir qatarı ilә yola
düşmә. Ağzına qәdәr dolu vaqon (yataq yerlәrimiz yuxarıda).
23 iyul
Çelyabinskә gündüz saat 11.25-dә çatdıq. Pyanıy Bor 236
vә Pyatiqorska teleqramlar. Nahar. Gündüz saat 13.20-dә