Page 137 - design_Topcubashov_Full_Layout 1
P. 137

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Nemәtulla Qarumşakoviç Seydukovun mәzarı üzәrindә dua
           oxunması, onun mәscid yanındakı kitabxanasına baxış. Mövzular
           üzrә bölünmüş kitabların saxlandığı bir neçә şkaf. Kitabxana
           müdirinin dediyinә görә, tәxminәn 2400 kitab var. Lakin az
           istifadә edirlәr. Demәk olar ki, bütün Şәrq dillәrindә әsәrlәrә
           rast gәlmәk mümkündür. Şәrq tarixinә dair kitablar daha
           çoxdur. Mәscidin vә kitabxananın saxlanması üçün hәlә Hacı
           Nemәtullanın sağlığında ayrılmış xüsusi maliyyә qaynağı
           mövcuddur. Hacı Nemәtulla maarifçi vә tәrәqqi dostu kimi
           tanınırdı. Maarifçilik, xeyriyyәçilik işlәrinә çoxlu vәsait ayırırdı.
           Molçin kәndi yanğından sonra bütünlüklә onun vәsaiti hesabına
           yenidәn tikilmişdi. Nüfuzu indi dә hiss edilmәkdәdir. Ailәsinә,
           adı ilә bağlı hәr şeyә böyük ehtiramla yanaşılır. Murtazinin
           evindә çay süfrәsi vә Hacı Qarayın yanına qayıdış. Axşam
           Yeni aula gediş. Burada Veliqay Hacı Elçiqulovun varislәrinin
           evindә bizә çay süfrәsi açılmışdı. Elçiqulov özü keçәn il beş
           nәfәr rus quldur tәrәfindәn qarәt mәqsәdi ilә – 15 min rubl
           pulu әlindәn alınaraq öldürülüb. Üç oğlu qalıb. Sәfiulla    137
           Feyzullinin yanında qonaq olmağımız. “Ermitaj”da qәhvә.

               14 iyul
                             222
               Molla Qabitovu , Musini, Mursalimovu, Murtazini vә
           başqalarını ziyarәt. İshak Muxtarovdan böyük qonaqpәrvәrlik
           vә tam diqqәt. Bizim mehmanxana ilә bağlı bütün xәrclәrimizi
           boynuna götürdü. Hәtta döşәkağıların da pulunu ödәdi. Üstәlik,
           yol xәrclәrimiz üçün әlavә 300 rubl, Fatih Hacı Musin isә 200
           rubl verdi. Gündüz saat 4-dә Tümendәn ayrılma. 20 nәfәr
           yola salırdı: Muxtarov, Musin, Mursalimov, Murtazin, Feyzullin,
           Mirşanov, molla Qabitov, Fәttah Kәmalәddinov, Hacı Qaray
           Saydukov, Hacı Nemәtullanın Semipalatinskdә yaşayan oğlu.
           Verxneuralska – Ramievә teleqram.

               15 iyul
               Yekaterinburqa sәhәr saat 5-dә gәliş. “Pale Royal” hoteli
           (№ 1). Yaxşı vә rahat hoteldir. Zaynetdin Aqafurovu ziyarәt.
   132   133   134   135   136   137   138   139   140   141   142