Page 147 - design_Topcubashov_Full_Layout 1
P. 147
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
diyimiz suallar verәcәyik: Qurultay niyә qapalı keçirildi?
Nәyә görә mәtbuat nümayәndәlәri onun işinә buraxılmadılar?
Hökumәtin biz müsәlmanlara bu cür fәrqli münasibәtinin
sәbәblәri nәdәdir? Vә s.
Әslinә baxanda, müsәlman qurultayının qapalı
keçirilmәsinin özü bir anlaşılmazlıq deyilmi? Axı hәmişә
eşidirik ki, bizi, yәni müsәlmanları çox az tanıyırlar. Bunu
özümüz dә yaxşı bilirik. Çünki yerli hakimiyyәt dairәlәrinin
rәsmi hesabatları, missionerlәrin mәlumatları istisna olunmaqla,
haqqımızda müsәlman hәyatını daha geniş, hәrtәrәfli
işıqlandırmaq mәqsәdilә qәlәmә alınmış hәr hansı tәdqiqata,
mәtbu mәnbәlәrә, araşdırmalara tәsadüf etmәk, belә әsәrlәri
haradasa tapıb oxumaq qeyri-mümkündür. Buradan da, tәbii
olaraq, nәticә çıxır ki, әgәr müvafiq imkan yaranıbsa,
müsәlmanlara qulaq asmaq lazımdır. Onları dinlәyib hәyat
şәraitlәri, әn azı dini-mәnәvi baxımdan nәyә ehtiyac duyduqları
ilә maraqlanmaq, bu yolla da ortaya qoyduqları tәlәblәri
öyrәnib müşküllәrini müәyyәn qәdәr hәll etmәk mümkündür. 147
Lakin dәrin kәdәr hissi ilә özümüzә münasibәtdә bunun
tam әksini gördüyümüzü deyә bilәrik. İndiki qurultayımızın
işlәdiyi şәrait dә dediklәrimә әn yaxşı sübutdur. Qurultayın
gedişi bir daha göstәrdi ki, bizi – müsәlmanları dinlәmәk
istәmirlәr, ehtiyaclarımızın kökünü vә mahiyyәtini aşkara
çıxarmağa hәvәs göstәrәn bir kimsә yoxdur. Kәsәsi, açıq
deyәk ki, bizi saya salmırlar.
Dediyim yanaşma tәrzi indiki tәdbirimizә münasibәtdә
dә özünü göstәrdi. Düzdür, üç min, bәlkә dә, daha çox
mәsafә qәt edәrәk imperiyanın paytaxtında toplaşmağımıza
icazә verirlәr. Amma çox tәәssüf ki, burada müsәlman ruhani
müәssisәlәrinin ehtiyacları haqqında bizi yalnız bir-birimizlә
vә bir-birimizә danışmağa mәcbur edirlәr. Elә çıxır ki,
ehtiyac vә çatışmazlıqlarımız әvvәldәn özümüzә bәlli deyilmiş!
Biz bu mәsәlәlәri yaxşı bilirik! Çünki onun zәrәrli tәsirlәrini
daim öz üzәrimizdә, öz hәyatımızda hiss edirik. Mәsәlә