Page 150 - design_Topcubashov_Full_Layout 1
P. 150
Əlimərdan bəy Topçubaşov
başqa hissәlәrindәn, digәr xalqların tәmsilçilәrindәn geri
qalmayıblar: Krım tatarlarından ibarәt alay I Aleksandrın 256
komandanlığı altında Parisә birincilәr sırasında daxil olmuşdu,
1812-ci il müharibәsi zamanı başqırd süvarilәri ön atәş
xәttindәki әsgәrlәrin ilk sәflәrindә vuruşurdular.
İcazәnizlә, müsәlmanların hakimiyyәtә loyallıq tәzahür -
lәrinin sırasına III Aleksandra 257 qәdәr bütün rus impera -
torlarının konvoyunun 258 tәrkibindә istisnasız şәkildә bizim
Zaqafqaziya müsәlmanlarından ibarәt xüsusi bölüyün daxil
olduğunu da әlavә edim. Bu xüsusi hәrbi hissәyә Qafqaz
gәnclәrinin әn parlaq nümayәndәlәri götürülürdü. Gәnc,
cәsur vә sadiq müsәlmanlar uzun illәr әrzindә әlahәzrәt
impe ratorun şәxsi konvoyunu tәşkil edәn seçkin insanlar
arasında olmuşlar. Müsәlmanlara inamsız münasibәt üçün
heç bir әsas olmaması ilә bağlı digәr çoxsaylı dәlil-sübutların
sadalanmasına lüzum görmürәm.. Görünür, yuxarıda
xatırlatdığım dini motivasiya, yәni bizim müsәlman olmağımız
150 sağlam ağıla söykәnәn bütün mülahizәlәrin fövqündә dayanır.
İstәnilәn halda mәn burada özümüzü günahkar saymağa
әsas verәn hәr hansı bir sәbәb görmürәm. Bәli, biz islam
dininә bağlıyıq, müsәlmanıq, müsәlman kimi qalırıq vә
bundan sonra da hәmişә müsәlman olacağıq! (Sürәkli alqışlar).
Eyni zamanda dinimizi – islamı özündә dövlәt әleyhinә
heç bir çağırış ehtiva etmәyәn tәlim sayırıq vә bu cür
düşünmәkdә dә davam edәcәyik. (Alqışlar.) Amma bu arada
bәlli dairәlәrdә “islam” sözü nәdәnsә bir qorxu, qorxutma
vasitәsinә çevrilib. Onun bünövrәsi әsasında çoxlu “izm”lәr
(panislamizm, pantürkizm vә s.) quraşdırırlar. Burada islama
– Yer kürәsinin hәr tәrәfindә yayılan vә ardıcıllarının sayı
300 milyona çatan dini tәlimә açıq-aşkar qәrәzli münasibәti
görmәmәk mümkün deyil.
Ancaq mövcud yanlış yanaşma әsasında islam tәliminin
davamçılarına – müsәlmanlara açıq-aşkar düşmәncәsinә
münasibәt bәslәmәk nә dәrәcәdә yolverilәndir?