Page 153 - design_Topcubashov_Full_Layout 1
P. 153

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           tam anormal şәkildә qurulması hәqiqәtinә tәcrübәdә әmin
           olublar. Bu baxımdan Qafqaz canişini әlahәzrәt qraf Vorontsov-
           Daşkovun  259  nüfuzlu rәyi bizә xüsusi ilә qiymәtli görünür.
           Canişin hәzrәtlәrinin fikirlәri hazırda әlimin altında olan
           Qafqazda idarәçilik işlәrinin son sәkkiz illik dövrü ilә bağlı
           hesabatda әksini tapıb. O, müsәlman ruhanilәrinin vәziyyәti
           ilә bağlı әlahәzrәt imperatorun qarşısında belә bir etirafı
           mәqsәdәuyğun saymışdır: “Şeyxülislam, yәni Zaqafqaziya
           şiәlәrinin ruhani idarәsinin başçısı vәzifәsinә tәyinat üçün
           müsәlmanlar arasında dini nüfuza malik, rus dilini, heç
           olmazsa, şifahi nitqi anlama sәviyyәsindә bilmәk kimi әn
           mütәvazi tәlәblәrә cavab verәn bir şәxs tapmağa çәtinlik
           çәkdiyimi etiraf etmәliyәm. Quberniya mәclislәrinin sәdri
           vә üzvlәri vәzifәsinә namizәd axtarışları zamanı başqa çıxış
           yolu tapa bilmәdiyimdәn, adәtәn, hәmin yerlәrә hәtta tatarca
           da kifayәt qәdәr savadı olmayan adamları tәyin etmәyә
           mәcbur qalıram”.
               Bәs bunun sәbәbi nәdir, niyә ruhani vәzifәlәrә tәyin    153
           etmәk üçün lәyaqәtli adamlarımız yoxdur?
               Bu suala әsas qanunlarda әksini tapan hәrtәrәfli dini
           dözümlülüklә әsla bir araya sığmayan şәkildә cavab vermәk
           mәcburiyyәtindә qalacağam.
               Sualın cavabı üzәrindә düşünәrkәn bizdә dini vәzifәlәri
           tutmaq üçün ruhanilәr hazırlayan tәdris müәssisәlәrinin
           olmaması kimi kәdәrli faktın hәr kәsә yaxşı mәlum olduğunu
           xatırlatmalıyam. Bәli, belә bir tәdris müәssisәsi yoxdur,
           çünki onun açılışına hökumәt tәrәfindәn ciddi maneәlәr
           törәdilir. Ümumәn biz müsәlmanların guya heç vaxt öz
           mәktәblәrinin olmadığını düşünmәk böyük haqsızlıq olardı.
           Müsәlmanlar göydәn düşmәyiblәr. Onlar zәngin mәdәniyyәtin
           varislәridir. Bir zamanlar mәdrәsәlәri vә bu mәdrәsәlәrdә
           yetişәn geniş biliyә malik molla vә müdәrrislәri ilә tanınan
           mәşhur elmi mәrkәzlәri yaradıblar. Zәmanәnin dәyişmәsi,
           işimizә әngәl yaradan bir sıra amillәrin meydana çıxması
   148   149   150   151   152   153   154   155   156   157   158