Page 156 - design_Topcubashov_Full_Layout 1
P. 156

Əlimərdan bəy Topçubaşov


                  hәmin әmlak indi öz sәrәncamımızda olsaydı, dini
                  müәssisәlәrimizin maddi ehtiyaclarının tәmin edilmәsi
                  baxımından heç bir çәtinliklә qarşılaşmazdıq. Bәs bizim
                  vәqflәrә mәxsus әmlakımız haradadır? Artıq Türküstan vә
                  Krım nümayәndәlәrinin çıxışlarından bu bölgәlәrdә böyük
                  әksәriyyәti müsәlmanların әlindәn alınmış vәqf әmlakının
                  taleyi haqqında eşitdiniz. Eyni zamanda onu da eşitdiniz ki,
                  Türküstanda vәqf әmlakının tanınması ilә bağlı ortaya nә
                  kimi süni maneәlәr çıxarılır. Burada hәtta xanların zamanında
                  verilәn vә xanın şәxsi möhürü ilә tәsdiqlәnәn fәrman
                  gәtirilmәsi tәlәb olunur. Bunu tәlәb edәnlәr anlamırlar ki,
                  vәqf qurulması üçün şәriәtә heç bir fәrman lazım deyil, heç
                  vaxt heç bir xanın möhürünә ehtiyac olmayıb vә bu gün dә
                  yoxdur.  Türküstan nümayәndәsi haqlı olaraq bu tәlәbi
                  müsәlmanların heysiyyәti ilә oynamaq kimi dәyәrlәndirdi.
                  Müsәlmanların dini vә milli lәyaqәtinә toxunan, onların
                  zәruri ehtiyaclarının tәmin edilmәsinә qәsdәn әngәl yaradan
         156      belә hadisәyә, әslindә, başqa cür qiymәt vermәk dә mümkün
                  deyil. Әlbәttә, buradan elә nәticә çıxarılmamalıdır ki,
                  müsәlmanlar guya özlәrinin vәqflәrә sahibliyinin
                  reqlamentlәşdirilmәsinә qarşıdırlar. Әksinә, biz bunu istәyirik.
                  Şәriәt hökmlәrinә uyğun qanun hazırlayın, müsәlmanların
                  ictimai әmlakının qәsdinә duranların hamısını qanunun bütün
                  sәrtliyi ilә mühakimә edin! Amma vәqflәri dә indi dini idarә
                  vә dini tәdris müәssisәlәrini saxlamaq üçün vәsaitә böyük
                  ehtiyacı olan müsәlmanlara qaytarın. Bu vәsait mәhz burada,
                  Rusiyada islam ardıcıllarının özünә lazımdır. Ona görә
                  Zaqafqaziya Müsәlmanları Ruhani İdarәsi ilә bağlı mövcud
                  qanunvericilikdә xaricә göndәrmәk mәqsәdilә pul
                  toplanmasının qadağan edilmәsi haqqındakı maddә, әn azı,
                  anlaşılmaz vә qәribәdir. İndiyә qәdәr, heç olmazsa, bircә
                  dәfә dә belә pul toplanması halına tәsadüf edilibmi? Bizim
                  bundan xәbәrimiz yoxdur. Amma hesab edirik ki, bu cür
                  anlaşılmaz qәrarlar, bir tәrәfdәn, Zaqafqaziyanın müsәlman
   151   152   153   154   155   156   157   158   159   160   161