Page 155 - design_Topcubashov_Full_Layout 1
P. 155

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           onlara süni surәtdә mәhdudlaşdırıcı qadağalar tәtbiq olunur.
           (Gurultulu alqışlar.)
               Bütün bunlar nә üçün edilir?
               Bu suala biz “müsәlmanları assimilyasiya etmәk,
           ruslaşdırmaq cәhdi”ndәn başqa bir cavab tapa bilmirik. Yerli
           orqanlar, xüsusәn dә missioner tәşkilatları, habelә ayrı-ayrı
           missionerlәr tәrәfindәn hәyata keçirilәn bir sıra tәşәbbüslәr
           hәr birimizi vurğulanan fikrin hәqiqiliyinә daha çox inandırır.
           Heç kәsә sirr deyil ki, missioner tәşkilatları müsәlmanları
           xristianlaşdırmaqla bağlı mәxfi iştahlarını hәyata keçirmәk
           niyyәtindә olduqlarını әsla gizlәtmirlәr. Bu iş xüsusәn
           Volqaboyunda, qırğız vilayәtlәrindә, qismәn dә Şimali
           Qafqazda ardıcıl aparılır.
               Qurultay iştirakçılarının bir nәfәr kimi fikrimlә
           razılaşacaqlarına şübhә etmirәm – 20 milyon müsәlmanı
           assimilyasiya etmәk cәhdi boş xәyaldır, heç zaman hәyata
           keçmәyәcәk xülyadır. Hәyat bunu artıq sübuta yetirib.
           (Alqışlar.)                                                 155
               Hәm dә axı belә assimilyasiyaya nә ehtiyac var? Nәzәrә
           almaq lazımdır ki, müsәlmanlar dinc vә zәhmәtsevәr xalqdır,
           üzәrinә düşәn vәzifәlәri yerinә yetirir, müәyyәn olunmuş
           vergilәri ödәyir, mükәllәfiyyәtlәrdәn yayınmır, dövlәtin
           qanunlarına әmәl edirlәr.
               Bütün bunların müqabilindә onlar öz zәruri ehtiyaclarının,
           heç olmazsa, mәnәvi maariflәndirmә sahәsindәki istәklәrinin
           tәmin edilmәsini gözlәmәyә tam haqlıdırlar. Xatırlatdığım
           istәk vә ehtiyaclar sırasına isә ilk növbәdә ruhani qurumları,
           o cümlәdәn dini tәdris müәssisәlәri haqqında mәsәlәnin
           düzgün şәkildә qoyulması vә hәlli daxildir.
               İndiki qurultayımız öz iclaslarında artıq neçәnci dәfәdir
           ki, dini müәssisә vә qurumlarımızın maddi tәlәbatlarının
           hansı qaynaqlardan tәmin edilmәsi mәsәlәsi kimi çәtin bir
           sualla üz-üzә qalır. Hamımıza yaxşı mәlumdur ki,
           müsәlmanların özlәrinә mәxsus yetәrincә әmlakı vardı. Әgәr
   150   151   152   153   154   155   156   157   158   159   160