Page 152 - design_Topcubashov_Full_Layout 1
P. 152
Əlimərdan bəy Topçubaşov
mәhz belә ruhanilәri yoxdur. Hәlә bu azmış kimi, pis-yaxşı
islam ruhanilәrini mәnәvi, hәtta maddi cәhәtdәn özümüzün
dә gözündәn salmaq üçün mümkün olan hәr şey edilir.
Üstәlik, ruhani atalarımız yalnız başı çalmalı sәviyyәsiz
mәmurlar deyillәr, insanı әn çox incidәn, ağrıdan onların
әksәr hallarda tamamilә cahil adamlar olmasıdır. Krımın vә
başqa bölgәlәrin nümayәndәlәri qurultayda sizinlә –
iştirakçılarla yerli dini idarәlәrin başında tam bisavad
adamların dayanmaları haqda dәrd-sәrlәrini, problemlәrini
bölüşdülәr. Qurultayımıza qatılan din adamları qarşısında
üzrxahlığımı bildirәrәk, mәn dә burada hәmin fikrә şәrik
çıxmaq istәrdim – hәqiqәtәn dә, nadir istisnalarla ruhanilәrimiz
çox geridә qalıblar, әksәriyyәti hәlә dә әsl cәhalәt girdabındadır.
İndiki islam ruhanilәrini göz önündәn keçirәrkәn istәr-
istәmәz belә tәәssürat yaranır ki, sanki onları qәsdәn elә
seçiblәr, bizә – müsәlmanlara deyә bilsinlәr: “Budur sizin
mollalarınız, imamlarınız, qazılarınız, müftilәriniz...” Belәlәrinә
152 hörmәtlә yanaşmaq olarmı, әn başlıcası isә müsәlmanların,
ilk növbәdә hökumәtin nәzәrindә onların hörmәti varmı?
Din adamlarımızın maddi tәminatına göstәrilәn qayğı da
onların mәnәvi-әxlaqi vәziyyәtinә düz mütәnasibdir. Yalnız
onu demәk kifayәtdir ki, mövcud qanunvericiliyә görә,
Zaqafqaziya müsәlman ruhanilәrinin başçısı sayılan
Zaqafqaziya şeyxülislamının illik maaşı vur-tut 1600 rubldur.
Başqa sözlә desәk, o, mәhәllә polis pristavından qat-qat az
maaş alır.
Artıq xeyli müddәtdir ki, müsәlmanlar hökumәtdәn
ruhani başçılarını özlәrinin seçmәlәrini vә vәqflәrin gәlirindәn
onlara layiqli maaş ayırmalarını xahiş edirlәr. Lakin tәәssüf
ki, qaldırılan mәsәlә ilә bağlı bütün müraciәt vә xahişlәr
cavabsız qalır, onlara әhәmiyyәt verilmir.
Ehtimal ki, bundan sonra mәsәlәyә lazımi diqqәt
yetirilәcәyini gözlәmәk olar. Çünki artıq hakimiyyәt
sahiblәrinin özlәri dә müsәlman ruhani idarәlәrinin fәaliyyәtinin