Page 198 - design_Topcubashov_Full_Layout 1
P. 198

Əlimərdan bəy Topçubaşov

                                                                   1
                  Burada artıq  Türkiyәyә tәklif olunan 22 maddәdәn 14-ü
                  göstәrilib. Demәli, “deyirlәr ki...” ehtimalı özünü doğruldur.
                  Hәm dә indi mәn mәtbuat nümayәndәlәri vә ictimai-siyasi
                  xadimlәrlә daha tez-tez görüşürәm. Dünәn Parlamentin
                  qapalı iclası idi. Sәdrәzәm mövcud vәziyyәt barәdә çıxış
                  edib. Deyәsәn, Parlament öz hәrәkәtlәri üçün “kart-blanş”
                  (“carte blanche” – fr.: “ağ kart”; burada qeyri-adi sәlahiyyәt
                  mәnasında işlәnib) alıb. Amma vәziyyәt son dәrәcә bәrbaddır.
                     İndiki kabinet özü dә zәifliyini etiraf edir. Әslindә, elә
                  vәziyyәt yaranıb ki, burada dahi diplomat da asanlıqla çıxış
                  yolu tapa bilmәz. İzzәt paşa vә Nәbi bәyin 321  (xarici işlәr
                  naziri) mәnimlә söhbәtinә diqqәt yetirin: “Biz mәğlub
                  olmuşuq, indi şәrtlәri başqaları diktә edir. Sizi әvvәlki kimi
                  sevirik, amma yardımınıza yetişmәyә gücümüz yoxdur. Yenә
                  әlimizdәn gәlәni etmәyә çalışacağıq. Burada qalın, birlikdә
                  işlәyәk”. Hakimiyyәtdә bütün yerlәri yetәrincә bacarıq vә
                  nüfuzu olmayan adamlar tutub. Hamısı sülhün vә İngiltәrәnin
                  tәrәfdarıdır.  Yaxud özlәrini belә göstәrirlәr. Bir nәfәr dә
         198
                  olsun güclü adam yoxdur. İndi belәsinә hәr zaman olduğundan
                  daha çox ehtiyac var.
                     Parlamentin adına uyğun fәaliyyәti dә qeyri-kafidir.
                  Qәribә tәrkibә malikdir. Düzdür, orada diqqәtәlayiq insanlar
                  da var. Mәsәlәn, Tәlәt paşa da Parlament üzvüdür. Amma
                  fәaliyyәtlәrindә canlılıq görünmür, tәşәbbüs yoxdur. Әsas
                  çatışmazlıq – müxalifәtin yoxluğudur. Müxalifәt rolunda
                  bәzәn türk olmayanlardan – ermәnilәrdәn, әksәrәn dә
                  yunanlardan kimsә çıxış etmәyә can atır. Onlar isә ümumdövlәt
                  mәsәlәlәrini deyil, müxtәlif hiylәgәr yollarla üstünü
                  malalamağa çalışdıqları milli mәsәlәni gündәliyә gәtirmәyә
                  çalışırlar. Ümumiyyәtlә, Parlament indi bacardığı qәdәr gözә
                  görünmәmәyә hazırdır.

                  1  Daha sonra digәr qәzetlәri dә aldıq. Orada bütün maddәlәr sadalanmışdı. Bu
                  barәdә özünüz oxuyarsınız. Sadәcә, şәrtlәr o qәdәr ağırdır ki, adamın
                  danışmağa dili gәlmir. Әgәr onlar qәbul edilsә, türk dövlәti, onunla birlikdә
                  Azәrbaycan dövlәti dә mövcud olmayacaq. (Müәllifin qeydi.)
   193   194   195   196   197   198   199   200   201   202   203