Page 200 - design_Topcubashov_Full_Layout 1
P. 200
Əlimərdan bəy Topçubaşov
yaxud hәr hansı başqa qüvvәnin onları “vәhşi” adlandırdıqları
türklәrin әlindәn qurtaracağı ümidi ilә günlәri sayırlar.
Özlәrini osmanlı kimi qәlәmә vermәk vә vәtәn sevgisi
nümayiş etdirmәklә yanaşı, sәbirsizliklә avropalıların türklәri
ölkәdәn qovacağı saatı gözlәyirlәr. Әslindә isә, türklәri hәr
üzünә yolur vә qırxırlar. Buna münasib şәrait yaratmaq üçün
türklәr vuruşmalı vә onları qorumalıdırlar. Ermәnilәrlә
yunanlar isә ticarәtlә mәşğul olmalı, var-dövlәt toplamalıdırlar.
3. Nәhayәt, türklәrin özlәri. Onlar iki qrupa bölünür:
1) dövlәti yaratmış hәqiqi türklәr; 2) vaxtı ilә imperiya
tәrkibinә daxil edilmiş vә bu gün dә daxil olan müxtәlif
ölkәlәrin müsәlman xalqları. Müsәlman olsalar da, daim
türklәrdәn narazıdırlar. Belәlәrinin sırasına, fikrimcә, türk
dövlәtinin qәbirqazanları simasında çıxış edәn әrәblәr,
suriyalılar, çәrkәzlәr, arnautlar vә “et-tuttu guanti”... (ital.:
“hәftәbecәr, hәr qәbildәn olan”) daxildir. Hәr biri yorğanı
200 öz üstünә çәkmәk istәyir. Hesab edirlәr ki, türk dövlәti
türklәr üçün deyil, ayrılıqda әrәblәr, çәrkәzlәr, arnautlar
üçün yaradılıb. Hazırda Әrәbistanda vә Suriyada, daha әvvәl
isә Albaniyada türklәrә göstәrilәn münasibәt bunun әyani
sübutudur. Belәliklә, 30 milyon әhalidәn yalnız bir ovuc
Anadolu türkü (8 milyon nәfәrә yaxın!) 600 illik tarixә
malik dövlәtin bütün yükünü vә günahlarını çiyinlәrindә
daşımalı olur. Bu, olan işdirmi, bu, nә qәdәr әdalәtlidir?!
Sadaladığım mәsәlәlәrin qısa sәciyyәsi ilә bağlı hissәni
başa vurarkәn etiraf etmәliyәm ki, yuxarıda sәtirlәri kağıza
köçürmәk üçün özümü çox böyük zora salmalı oldum. Türk
xalqının maraqlarının müdafiәsi uğrunda hәyatını qurban
vermәyә hazır olan bir türk kimi İstanbulda keçirdiyim bir
ayın yekununda varılan son dәrәcә kәdәrli vә ürәk ağrıdan
nәticәlәri Sizinlә bölüşmәk mәnә olduqca çәtindir. Çox
istәrdim ki, yanlışlığa yol verim vә sәhvimi düzәltsinlәr.
Lakin eyni zamanda hәqiqәtә bütün çılpaqlığı ilә, qorxmadan,