Page 205 - design_Topcubashov_Full_Layout 1
P. 205

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Yeri gәlmişkәn, ermәnilәrlә gürcülәrin Avropada çoxdan
           tәmsilçilәri var. Buradakılar hamısı sabah geri qayıtmağa
           hazırlaşırlar. Onu da әlavә edim ki, fikrimcә, bizim Xәlil
           bәy ya nümayәndә heyәti ilә birlikdә geri qayıtmalı, ya da
           mәnim gedәcәyim tәqdirdә burada qalmalıdır. Lakin indi
           yerlәrdә görülmәli işin çox olduğunu deyәrkәn ona da haqq
           qazandırmamaq mümkün deyildir.
               İstanbuldakı ermәni vә gürcü nümayәndәlәri ilә çox az
           görüşmüşәm. Hәm dә bunu müәyyәn qәdәr bilәrәkdәn
           etmişәm. Çünki burada vәziyyәt dәyişәndәn sonra onların,
           xüsusәn dә ermәnilәrin necә böyük iştahaya düşdüklәrinin
           şahidi oldum. Arabir qәzet sәhifәlәrindә әn çox da Bakıda
           vә Qarabağda baş verәn hadisәlәrlә bağlı özlәrini göstәrmәyә
           çalışırlar.
               Sәlim bәy Behbudov vә Әsәd bәy Rüstәmbәyova hәvalә
           edilmiş maliyyә işinin qaydaya salınması mәsәlәsinә gәldikdә
           isә, vәziyyәt mәn onları burada görәndәn necәdirsә, yenә
           hәmin qaydadadır. Azәrbaycana göndәrilmәsi nәzәrdә tutulan  205
           vә görüşünә getdiyim maliyyә müşaviri Hәmid bәy gәlә
           bilmir. Başqası isә yoxdur. Bir dә, ümumiyyәtlә, indi bu işә
           baş qoşmağa dәyәrmi? Hәlәlik bizim pulları çap etmәyә
           başlamayıblar. Çünki Almaniyadan gәlәn sәkkiz qatar yolda
           ilişib qalıb. Uzunmüddәtli borcun ikinci yarısı (250 min
           lirә) barәdә isә nәdәnsә susurlar. Lakin qәti söz verilmişdi
           ki, artıq aldığınız әvvәlki 225 min lirә kimi, o da birbaşa
           Sizin adınıza göndәrilәcәk.  Tәfәrrüatlar barәdә Әsәd bәy
           Rüstәmbәyov mәlumat verәcәk.
               Bәzi mәsәlәlәrlә bağlı xalq tәhsili nazirinin müavini ilә
           söhbәt yazısının surәtini göndәrirәm. Burada bütün işlәr
           çәtinliklә hәll olunur. Müәllim vә müәllimәlәrlә bağlı müxtәlif
           mәmurlarla danışdım. Hamısı söz verir, amma әmәl elәmirlәr.
           Deyirlәr ki, ümumәn işin aparılma qaydası belәdir. İstanbulda
           tәhsil alan vә yanıma şikayәtlә gәlәn bir neçә gәnclә söhbәtim
           oldu. Aralarında Әhmәd bәy Ağayevlә gәlmiş şuşalı İsfәndiyar
   200   201   202   203   204   205   206   207   208   209   210